2023-cü ildə Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi $1 milyard 654,815 milyon təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 2,2 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $1 milyard 47,523 milyon (azalma 2,8 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 63,3%-i (2022-ci ildə xüsusi çəki 82%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($164,316 milyon, artım 34,5%), ABŞ ($73,806 milyon, azalma 2,1 dəfə), Gürcüstan ($37,475 milyon, artım 29,8%) və Böyük Britaniya ($33,156 milyon, azalma 2,4%) daxildir.
AMB-nin məlumatına görə, 2023-cü ildə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 17,2% azalaraq $550,126 milyon təşkil edib.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($146,14 milyon, azalma 16%) tutur. 2023-cü il ərzində Azərbaycandan bütün köçürmələrin 26,6%-i (2022-ci ildə 26,2%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə RF ($74,184 milyon, azalma 18%), Gürcüstan ($58,849 milyon, azalma 0,8%), ABŞ ($54,801 milyon, azalma 2,5 dəfə) və Böyük Britaniya da ($33,716 milyon, artım 7,8%) daxildir.
2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $3 milyard 620,117 milyon (2021-ci illə müqayisədə artım 3,2 dəfə), Azərbaycandan köçürmələrin həcmi $664,798 milyon (+0,5%) təşkil edib.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət