Heydər Əliyev Beynəlxalq Aeroportu yaz-yay uçuş cədvəlinə keçdiyi barədə məlumat verir. Bu barədə “İnterfaks-Azərbaycan” aeroporta istinadən xəbər verir.
“Bakı hava limanı 2024-cü il martın 31-dən oktyabrın 26-dək (həmin gün də daxil olmaqla) yay cədvəlinə keçir”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, bu müddət ərzində Bakıdan 35 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək. Rusiyanın bəzi şəhərləri, Mərkəzi Asiya, həmçinin Fars körfəzi ölkələrinə uçuşların tezliyi artırılıb.
Mart ayından etibarən Paris, Praqa, Barselona, Vyana, Milan və London kimi Avropanın populyar istiqamətlərinə də reyslərin sayı artırılıb. Bununla yanaşı, yeni beynəlxalq aviaşirkətlərin cəlb olunması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət seçimi təqdim edəcək.
Həmçinin, yaz-yay keçid dövrünə hazırlıq planı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda istehsalat fəaliyyətlərində və uçuşlarda təhlükəsizliyin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət