Ötən həftə İsmayıllı və Bakıda baş verən iğtişaş və etiraz aksiyalarında dini icmaların nümayəndələri iştirak etməyib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bəyan edib.
“Keçirilən monitorinq nəticəsində müəyyən edilib ki, İsmayıllı və Bakıda baş verən iğtişaş və etiraz aksiyalarında dini icmaların nümayəndələri iştirak etməyib. Dini icmalar dövlətçilik və sağlam düşüncə nöqteyi-nəzərindən çıxış edirlər”, - deyə E.İsgəndərov çərşənbə günü jurnalistlərə bildirib.
O qeyd edib ki, son zamanlar dini icmaları siyasi proseslərə cəlb etmək cəhdləri müşahidə edilir. “Bununla əlaqədar adekvat tədbirlər görülüb. Hesab edirəm ki, əksər dini icmalarımız siyasi proseslərdə iştirak etmək istəmirlər. Bu istiqamətdə (siyasi proseslərdə -İF-Az) fəaliyyət yalnız dini icmaların prinsiplərinə deyil, həm də dövlətçilik əleyhinə yönəlib. Bu cür addımlar təhlükəlidir”, - deyə E.İsgəndərov vurğulayıb.
Xəbər verildiyi kimi, yanvarın 23-də təqribən saat 21:30 radələrində İsmayıllı şəhərində kütləvi iğtişaş baş verib. Nəticədə “Çıraq” oteli və müxtəlif markalı dörd avtomobil yandırılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına əsasən, münaqişəyə səbəb Bakı şəhər sakini Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi minik maşını İsmayıllı şəhərinin Nizami küçəsində işıq dirəyinə çırpılması olub. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini Elməddin Məmmədovla ilə birgə maşından düşərək yolun kənarında dayanmış “VAZ 21074” markalı minik avtomobilinin sürücüsü Ramil Bəkirovu döyüblər. Əraziyə xeyli sayda adam toplaşıb və etirazlarını bildiriblər. Emil Şəmsəddinov orada toplaşanları nalayiq söyüşlərlə təhqir edib. Bu insidentin böyüməsinə və ərafdakı yerli sakinlərin narazılığına səbəb olub. Nəticədə yerli sakinlər oteli və onun həyətindəki üç avtomobili yandırıblar.
Baş Prokurorluq və DİN-in birgə məlumatında bildirilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi cümə axşamına keçən gecə İsmayıllı şəhərində kütləvi iğtişaşlara səbəb olan insidentlə bağlı cinayət işi açıb.
Ötən həftənin cümə axşamı günorta saatlarında etiraz aksiyası yenidən başlayıb. Yüzlərlə insan rayonun İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq administrasiya rəhbəri Nizami Ələkbərovun istefası tələbi ilə çıxış ediblər. Mitinq iştirakçıları həmçinin polisləri daşa tutub. Lakin, polis əməkdaşları göz yaşardıcı qaz və rezin güllələrdən istifadə edərək aksiya iştirakçılarını dağıdıblar.
Həmçinin, ötən şənbə günü Bakıda İsmayıllı şəhərində etiraz hadisələrinə dəstək olaraq icazəsiz aksiya keçirlib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət