Bu gün dövlətlərin qüdrəti və iqtisadi gücü müasir texnologiyalara yiyələnmək və onları tətbiq etmək gücünə əsaslanır. Bu barədə Naxçıvan Muxtar Republikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-8” elmi konfransında çıxış edərkən bəyan edib.
“Azərbaycan informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirmək yolunu ötən əsrin 70-ci illərindən tutub. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən cəmi bir il sonra, 1970-ci il iyun ayının 24-də “Rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” Qərar qəbul edib. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün, ilk növbədə, bu qərara borcludur”, - deyə o qeyd edib.
V.Talıbovun sözlərinə görə, həmin qərardan sonra Azərbaycanın rabitə və kommunikasiya sektorunda əsl intibah baş verib. Bu dövrdə ulu öndərimizin himayəsi ilə Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi yaradılıb, mikrosxemlərin, hesablama texnika və avadanlıqlarının istehsalı ilə məşğul olan yeni sənaye müəssisələri işə salınıb.
Naxçıvan MR başçısı bildirib ki, Heydər Əliyev tərəfindən 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qəbul olunması ölkəmizin dünya informasiya və elektron mühitinə inteqrasiyasını daha da sürətləndirib və Azərbaycan qlobal informasiya məkanında layiqli yer qazanıb.
V.Talıbov cari ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını və 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsini bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin daha bir ifadəsi kimi qiymətləndirib.
“Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyaları sosial-iqtisadi inkişafda əsas hərəkətverici qüvvədir. Bütün sahələrdə müasir texnologiyaların gücündən səmərəli istifadə olunur. Muxtar respublika blokada şəraitində yaşayır. Ancaq buna baxmayaraq, informasiya və kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi nəticəsində informasiya blokadası aradan qaldırılıb, ucqar dağ kəndlərində belə dünyanın istənilən ölkəsi ilə telefon və genişzolaqlı internet əlaqələri yaradılıb”, – deyən Ali Məclisin sədri bildirib ki, son illər muxtar respublikada telekommunikasiya infrastrukturu müasirləşdirilib, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin səviyyəsi yüksəldilib, Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemləri quraşdırılıb. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 60%-nə xidmət edir, avtomat telefon stansiyalarının 90%-i fiber-optik bağlantılarla təmin edilib. İnternetdən istifadə edənlər isə muxtar respublika əhalisinin 81%-ni təşkil edir.
Elektron hökumətin qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına, dövlət orqanları ilə vətəndaşlar arasında əlaqələrin daha sıx şəkildə qurulmasına, insanların informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə şərait yaradır. Muxtar respublikada 74 dövlət orqanı üçün internet səhifəsi hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib, 34 dövlət orqanı tərəfindən göstəriləcək elektron xidmətlərin reqlamentləri təsdiq edilib, “Elektron hökumət” portalı yaradılıb.
Onun sözlərinə görə, görülən işlər son hədd deyil. Bu iş daha da gücləndirilməlidir. Çünki informasiya texnologiyaları daim inkişafdadır.
Konfransın gedişində Türkiyə Respublikasının Qars Qafqaz, İspaniyanın Santiaqo de Kompostela, Rusiyanın Penza Dövlət universitetləri, Avstriyanın “Əldə etmək və saxlamaq” Assosiasiyası, Almaniyanın Leypsiq Tədqiqi Elmlər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə videobağlantılar yaradılıb.
Konfrans iştirakçıları İKT-nin inkişaf perspektivlərini, elmi əlaqələrin inkişafında onların rolunu, təhsil sisteminin informasiyalaşdırılması məsələlərini müzakirə ediblər.
Elə həmin gün Naxçıvan Dövlət Universitetinin müasir avadanlıqla təchiz edilmiş Elektron Kitabxanasının açılışı olub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət