Milli Təhlükəsizlik Nazirliyi saxta dərman vasitələrinin aptek şəbəkələrində satışa çıxarılmasının qarşısını alıb. Bu barədə çərşənbə günü MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verir.
MTN Səhiyyə Nazirliyi ilə birgə insanların sağlamlığının qorunması işini tənzimləyən qaydaların kobud surətdə pozulması ilə bağlı fakt aşkar edib. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta dərman vasitələri hazırlayaraq satışını həyata keçirmək niyyətində olan şəxslər müəyyənləşdiriliblər. Qabaqlayıcı tədbirlər nəticəsində saxta məhsulların aptek şəbəkələrində satışa çıxarılmasının qarşısı alınıb.
Belə ki, Ağsu rayon sakini, 1971-ci il təvəllüdlü, ixtisasca ali təhsilli əczaçı Tofiq Gərayev dərman vasitələrinin tərkibi və hazırlanması barədə biliklərindən istifadə edərək ucuz qiymətə aldığı «no-şpa», «bromqeksin», «seftriakson» tərkibli, eləcə də mənşəyi məlum olmayan digər dərman vasitələrinin qutularını və etiketlərini dəyişdirib həmin dərmanları Rusiya və Türkiyə istehsalı olan, bahalı «Primavir», «Sefoqram», «Pulmaksol» və sair adla hazırlayaraq satışını təşkil etməyə cəhd göstərib.
«Primavir», «Sefoqram» və «Pulmaksol» adlı dərman vasitələrinin qutuları, etiketləri və içlik vərəqələri Göyçay rayon ərazisində yaşayan, 1985-ci il təvəllüdlü Polad Müzəffərova məxsus mətbəədə hazırlanaraq çap olunub.
Qanunazidd əməllərini ört-basdır etmək məqsədilə P.Müzəffərov dərman vasitələrinə aid mətbəə ləvazimatlarını yandırıb, lakin hadisə yerinin müayinəsi zamanı saxta dərman vasitələrinin hazırlanmasına aid həmin mətbəə ləvazimatları - dozakl və plyonkalar aşkar edilərək götürülüb. Keçirilmiş baxış zamanı qanunsuz dərman vasitələrinin istehsalına dair çoxlu sayda, o cümlədən saxta dərman vasitələrinin nümunələri, habelə içərisində şəffaf maye olan etiketsiz 3 min 600 ampula, 2 min 400 ədəd “Pulmoxol” dərman qutusu, onun üçün 5 min 480 etiket və 2 min 576 ədəd təlimat, 5 min ədəd «Primavir» dərman qutusu, onun üçün 86 min 30 ədəd etiket və 4 min 500 ədəd təlimat, 1400 ədəd “Sefoqram – 1q” dərman qutusu və onun üçün 1965 ədəd dərman etiketi, həmçinin 838 ədəd ampula üçün boş tara, dərman etiketlərinin hazırlanması üçün neqativlər, xüsusi avadanlıqlar və alətlər aşkarlanaraq maddi sübut kimi götürülərək Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə göndərilib.
Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət