Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində (“Neft Daşları” NQÇİ) tanışlıq və istehsalat təcrübəsi keçirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbdən məlumat verilib.
Belə ki, “Neft-qaz mühəndisliyi” üzrə 2-ci və 3-cü kursda təhsil alan 15 tələbəsi tədris ili ərzində əldə etdikləri nəzəri biliklərinin zənginləşdirilməsi məqsədilə təcrübəyə göndərilib.
2-ci kurs tələbələri üçün 15 gün ərzində tanışlıq məqsədilə və 3-cü kurs tələbələri üçün isə 2 ay müddətində təşkil olunan istehsalat təcrübəsi tələbələrin asudə vaxtları nəzərə alınmaqla davam edəcək.
Təcrübə proqramı çərçivəsində “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov, idarənin sosial işlər üzrə rəis müavini Zeynal Abdullayev, təcrübə proqramına rəhbərlik edən “Neft Daşları” NQÇİ-nin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Zabit Əhmədov və idarənin digər əməkdaşları tələbələrlə görüşərək onlar üçün yaradılmış təcrübə şəraitindən danışıb və onlara müvafiq təlimatlar veriblər.
Həmçinin görüşdə tələbələr üçünyaradılan imkanların və verilən praktiki biliklərin onların gələcək karyeralarında olan əhəmiyyəti vurğulanıb. Proqramın şərtlərinə əsasən idarənin mühəndisləri tərəfindən təcrübə keçən 2-ci kurs tələbələri üçün “Neft Daşları” NQÇİ-də gedən dəniz qazma işləri, neft yataqların təyin olunması prosesindən neftin tam istehsalat və ixrac olunmasına qədər gedən əməliyyatlarla, həmçinin neft çıxarma texnikası və müasir hasilat texnologiyası ilə əyani tanışlıq təşkil olunur. Onlara “Neft Daşları”NQÇİ-də gedən əməliyyatlar haqqında ətraflı məlumat verilir.
Ali məktəbin 3-cü kurs tələbələri isə istehsalat təcrübələrini Azərbaycanın ən böyük platformalarından biri olan “Neft Daşları” NQÇİ-nin 1887 saylı Neft və qazçıxarma üzrə stasionar dəniz özülündə keçirlər. Proqramın şərtlərinə əsasən, hər bir ödənişli əsaslarla istehsalat təcrübəsi keçən tələbə ilə müvəqqəti əmək müqaviləsi bağlanır və o, mühəndis və yaxud operator vəzifəsinə işə qəbul olunur. Təcrübənin yekununda tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əmək haqqı ödənilir.
Beləliklə, “Neft Daşları” NQÇİ-də təcrübə keçən tələbə işçi kimi fəaliyyət göstərərək artıq 1-2 ay müddətində staj qazanmış mütəxəssisə çevrilir. Beləliklə, tələbələr mədəndəki quyulara nəzarət edərək təyin olunan mühəndis və operator vəzifələrini təcrübəli işçilərin rəhbərliyi altında yetirməyə çalışırlar.
Qeyd edək ki, təcrübə müddətində BANM tələbələri “Neft Daşları” NQÇİ-nin yataqxanasında onlar üçün ayrılmış otaqlarda qalırlar.
Tələbələr 8-9 saatlıq iş vaxtından sonra və istirahət günləri asudə vaxtlarını voleybol, futbol meydançalarında və qapalı idman zallarında, stolüstü tennis, bilyard və digər oyunlar oynamaqla keçirirlər.
Təcrübə müddəti bitdikdən sonra tələbələr helikopterlə paytaxta çatdırılırlar.
BANM-in öz tələbələri üçün yaratdığı təcrübə imkanları onların nəzəri biliklərinin möhkəmləndirilməsinə dəstək olur və gələcəyin yüksək ixtisaslı, təcrübəli və dünya əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişmələrinə şərait yaradır.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət