Yaxın 5 il ərzindəAzərbaycan məktəblərində təhsil alan şagirdlərin sayı 30% artacaq. Bu barədə təhsil naziri Mikayil Cabbarov məlumat verib.
“Azərbaycanda yaşanan müsbət demoqrafik vəziyyət nəticəsində növbəti 5 il ərzində ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30% artacaq”, - deyə M.Cabbarov Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
“Son 3 ildə icbari təhsilin keyfiyyəti davamlı olaraq yaxşılaşır. Bütün imtahan fənlərindən müsbət qiymət almış məzunların sayı 50%-dən 64%-dək artıb”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, 14 rayonda hələ də məzunların yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alıb. “Bu bölgələrdə ciddi tədbirlərə və xüsusi proqramlara ehtiyac var”, - deyə M.Cabbarov bildirib.
“Təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədi ilə ölkənin pilot olaraq seçilmiş 58 məktəbində 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb”, - deyə o məlumat verib.
Azərbaycan məktəblilərinin respublikada müxtəlif fənn olimpiadalarında iştirakına toxunan M.Cabbarov qeyd edib ki, bu il rekord sayda - 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb.
“Qaliblər arasından ölkəmizi təmsil edəcək komandalar formalaşıb, onlar üçün təlimlər təşkil olunub. Bunun nəticəsində məktəblilərimiz bu il dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar”, - deyə nazir qeyd edib.
“Qəbul olunanların sayı keçən illə müqayisədə, demək olar, eyni olub, abituriyentlərin orta balı 11% artıb, cari ilin məzunlarının orta balı isə əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal təşkil edib. 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8% təşkil edirdisə, bu il həmin göstərici 7,6% olub”, - deyə nazir bildirib.
M.Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı"na toxunaraq cari ildə 373 nəfərin, “ümumilikdə isə proqram çərçivəsində 3558 nəfərin dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazandığını” söyləyib.
“Bu günədək 1 minə yaxın tələbə artıq məzun olub. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir. Hazırda məzunların 60%-i özəl, 40%-i isə dövlət sektorunda fəaliyyət göstərir”, - deyə nazir vurğulayıb.
O bildirib ki, təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır.
“Cari ilin 9 ayının yekunları üzrə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilib”, - deyə M.Cabbarov qeyd edib.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət