Cümə günü Azərbaycanda güclü tufan nəticəsində dənizdə itkin düşən 3 neftçinin xilasetmə işləri davam edir, cəsədlər tapılmayıb. Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov cümə günü mətbuat konfransında məlumat verib.
Xəbər verildiyi kimi, cümə günü saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində 3 neftçi itkin düşüb.
“Onların axtarışı davam edir, hələlik cəsədləri aşkar olunmayıb. Axtarış tədbirləri “Neft Daşları”, “Günəşli”, “Azəri-Çıraq-Günəşli” bloku yaxınlığında aparılır”, - deyə X.Məmmədov bildirib.
Onun sözlərinə görə, qaranlıq səbəbindən axtarışlar yalnız gəmilərlə aparılır, sabahdan helikopterlərin istifadəsi bərpa olunacaq.
X.Məmmədov əlavə edib ki, “Günəşli” yatağında 10 saylı platformada qəza nəticəsində itkin düşən 29 nəfərin taleyi barədə heç bir məlumat yoxdur. “Xilasedicilər bir neçə boş xialsetmə jileti aşkar ediblər, lakin heç kim tapılmayıb. Qayıqların qalıqları da aşkar edilib, ancaq yaxınlıqda da itkin düşənlər olmayıb”, - deyə o vurğulayıb.
“Hazırda xilas edilmiş 10 nəfər xəstəxanalara yerləşdirilirb. Onlardan biri 3-4 dərəcəli yanıq xəsarətləri alıb. Bununla belə, dünən tibbi müayinədən sonra evə buraxılan neftçilərdən biri bu gün özünü pis hiss edib, görünür, beyni silkələnib. Bu səbəbdən xəstəxanaya yerləşdirilib”, - deyə o əlavə edib.
Şirkətin vitse-prezidenti vurğulayıb ki, 4-5 dekabr tarixlərində xilasetmə tədbirləri pis hava şəraitinə görə çətinləşmişdi. “27 saat ərzində küləyin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü 9-10 metr olub. Bütün bunlar xilasetmə tədbirlərinin aparılmasını praktiki olaraq mümkünsüz edib”, - deyə o qeyd edib.
X.Məmmədov əlavə edib ki, qaz kəmərində yanğın baş verdiyi zaman 10 saylı platformada olan şirkət əməkdaşları müəyyən edilmiş təlimata uyğun hərəkət ediblər.
Xəbər verildiyi kimi, “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar və dənizə düşürək itkin düşüblər.
Cümə günü saat 17.40 radələrində qaz xəttinin sıradan çıxması nəticəsində “Günəşli” yatağında 10 saylı stasionar platformada yanğın baş verib. Şənbə günü Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Dövlət Komissiyası yaradılıb. Komissiyanın qarşısına itkin düşənlərin axtarışı və xilaetmə işlərinin sürətləndirilməsi, hadisənin səbəblərinin müəyyən olunması və təxirəsalınmaz tədbirlərin görülməsi, faciənin nəticələrinin aradan qaldırılması və s. vəzifələr qoyulub. Komissiyaya baş nazir Artur Rasizadə rəhbərlik edir. Onun tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxildir.
Bundan başqa, platformada qəza faktlı ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi başlanıb.
Dekabrın 6-da Azərbaycanda matəm elan edilib.
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət