Azərbaycanın ənənəvi dini icmaların rəhbərləri erməni daşnaqları tərəfindən 1918-ci ilin mart ayında törədilən azərbaycanlıların soyqırımının növbəti ildönümü ilə əlaqədar dünya dini liderləri, parlamentlər və beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.
Müraciətdə deyilir ki, son 200 il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasəti aparılır.
1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azəbaycanlıların kütləvi qırğını törədildi. 20-ci əsrin 20-ci illərində tarixi Azərbaycan ərazisi Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi, Dağlıq Qarabağ müxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edildi.
Sənəddə qeyd edilir ki, 20-ci əsrin sonunda isə Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edib. Ermənilər işağl olunmuş ərazilərdə minlərlə tarixi və mədəniyyət abidələrini məhv ediblər.
Sənədi imzalayan Qafqaz Müsəlmanlari İdarəsinin sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi xristian icmasının sədri Robert Mobili beynəlxalq ictmaiyyəti erməni işağlçılarının azərbaycanlılara qarşı törətdikləri soyqırıma siyasi-hüquqi qiymət verməyə çağırdılar.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı beynəlxalq birliyin indiyədək dünya erməniliyinin Azərbaycan və azərbaycanlılara qarşı yürütdüyü soyqırım, təcavüz və işğal siyasətini pisləməməsi ilə əlaqədar təəssüfünü bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət