29 dekabr 2016-cı il tarixində Naxçıvan (Azərbaycan)-Məşhəd (İran) marşrutu ilə sürət qatarını yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri məlumat verib.
Dekabrın 29-dan etibarən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyətə başlayıb. Qatar həftədə iki dəfə - cümə axşamı və bazar günləri hərəkətdə olacaq. Qatar 30 saat yol qət edəcək.
Qatarın marşrutu Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd şəhərlərindən keçir.
Qatarın yola salınma mərasimində Naxçıvan Muxtar Respublikanın Ali Məclisin sədri Vasif Talıbov, iqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, İranın Dəmir Yolları İdarəsinin yeni baş direktoruSəid Məhəmmədzadə iştirak ediblər.
Mərasimdə V.Talıbov İranla əlaqələrin genişlənməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, bu əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı faydalıdır. Sədrin sözlərinə görə, sərnişin qatarının istifadəyə verilməsi sərnişin axınının artımına səbəb olacaq.
İranın nümayəndə heyəti həmçinin Ordubad rayonu ərazisinə səfər edib. Burada Araz çayı üzərində Ordubad-Marazad Su Elektrik Stansiyası quraşdırılır. Derivasiya tipli və gücü 36 meqavat SES-in tikintisi "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında" sazişə əsasən həyata keçirilir.
Xəbər verildiyi kimi, Naxçıvandan Culfaya gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə ağ yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb. **
K.Hüseynova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət