Azərbaycan prezidenti İlham Əliyev “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında fərman imzalayıb.
Xəbər verildiyi kimi, 2016-cı il yanvar ayından etibarən Azərbaycanda valyuta mübadiləsi məntəqələri yalnız banklar və poşt şöbələri nəzdiondə fəalyyət göstərə bilər.
Düzəlişlərə əsasən, Azərbaycan valyuta mübadiləsi məntəqləri yalnız rzidentlər və qeyri-rezidentlər deyil, həm də ölkədə xarici şirkətlərin öz filialları aça bilər.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Bu nağd əməliyyatlara məhdudiyyətin tətbiqi ilə əlaqədardır.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Həmin Qanunda nəzərdə tutulmuş girov vəsaitinin məbləği: Bakı şəhərində 50 min manat və 50 min ABŞ dolları; Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları təşkil edəcək. Digər şəhər və rayonlarda bu məbləğ 10 min manat və 10 min) ABŞ dollarıdır.
Düzəlişlər qüvvəyə minəndən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlər üçün əraziləri müəyyən edəcək.
Bundan başqa, Azərbaycan prezidenti “Dövlət rüsumu haqqında”qanunundadəyişiklik edilməsi barədə qanunu təsdiq edib. Sənədə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün dövlət rüsumu 500 manat məbləğində müəyyən edilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət