2018-ci ilin iyul ayında Azərbaycan qazının Trans-Anadolu (TANAP) qaz kəməri ilə kommersiya tədarükünə başlanacaq. Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün Eskişəhərdə jurnalistlərə bildirib.
“İndiyədək TANAP qaz kəmərinin tikinti işlərinin 93%-i başa çatıb. Boru kəmərinin cəmi 1340 km çəkilib. Yanvar ayında qaz kəmərinin Gürcüstandan Türkiyənin Eskişəhər şəhərinədək hissəsinin sınaqdan keçirilməsi göstərdi ki, layihə üzrə işlər güsusrsuz aparılır. Cari il iyunun 30-da qaz sistemə buraxılacaq və artıq iyul ayında “Şahdəniz” yatağından qazın TANAP ilə Türkiyəyə kommersiya tədarükünə start veriləcək”, - S.Düzyol bildirib.
Ümumilikdə, $5 mlrd.-dan artıq məbləğdə müqavilələr imzalanıb.
O həmçinin məlumat verib ki, 2019-cu ilin sonuna TANAP “Şahdəniz” yatağından Azərbaycan qazının TAP boru kəmərinə tədarükünə hazır olacaq və qeyd olunan boru kəmərinin tikintisinin başa çatdırılmasını gözləyəcək. “Ən gec - 2020-ci ilə qədər TANAP “Şahdəniz” yatağından Azərbaycan qazının sonradan TAP boru kəməri ilə nəqli məqsədilə qəbuluna hazır olacaq və TAP-ın tikintisinin başa çatdırılmasını gözləyəcək”, - S.Düzyol qeyd edib.
Konsorsiumun baş direktoru əlavə edib i, “2020-ci ilin mart ayında qaz TAP boru kəmərinə vurulacaq”. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət