Sahibkarlığa Kömək Milli Fondu “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin reallaşdırılması məqsədilə investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı layihələrin qəbulunu elan edib.
Xüsusilə, SKMF təzə kartof istehsalı, örtülü torpaqlarda, o cümlədən istixanalarda faraş tərəvəz istehsalı, regionlarda kiçik və orta ölçülü meyvə-tərəvəz məhsulları emalı müəssisələri şəbəkəsinin genişləndirilməsi, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalını nəzərdə tutan layihələri qəbul edir.
O cümlədən, SKMF Ətlik-südlük istiqamətli ailə-kəndli təsərrüfatlarının yaradılması, arıçılıq, balıqçılıq, o cümlədən akvakultura sahəsində inkişafın dəstəklənməsi, aqroparkların yaradılması və s. layihələri maliyyələşdirilməyə hazırdır.
SKMF “Azərbaycan Respublikasında İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində Qalaaltı, Naftalan və Duzdağdakı mövcud yerləşdirmə alternativlərində, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması,Turizm və Rekreasiya Zonalarında fəaliyyətin turizm klasterinə uyğun qurulmasını maliyyələşdirməyə hazırdır.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət