Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib.
Nazirlər Kabinetinin saytında dərc olunmuş Qaydalara əsasən, dəfnlərin vahid dövlət reyestri Ədliyyə Nazirliyi tərəfindən aparılır. Dəfnlərin vahid dövlət reyestrinə aşağıdakı məlumatlar daxil edilir: dəfn edilən şəxsin soyadı, adı və atasının adı; dəfn edilən şəxsin fərdi identifikasiya nömrəsi (olduğu halda), dəfn edilən şəxsin ölüm, doğum və dəfn tarixləri və s.
Qəbiristanlıqların reyestri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır.
Qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir.
Qəbiristanlıqda qəbir yerlərinin 85%-i tutulduqda, bələdiyyə yeni qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən edilmiş tədbirləri həyata keçirir.
Azərbaycan Respublikasında Fəxri xiyabanların, Şəhidlər xiyabanlarının və kütləvi (qardaşlıq) məzarlıqlarının salınması barədə qərar Nazirlər Kabineti tərəfindən qəbul edilir.
Qəbiristanlığın salınması üçün torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılması barədə qərar qəbul edilir. Komissiyanın tərkibinə aşağıdakı dövlət orqanlarının nümayəndələri daxil edilir: Səhiyyə Nazirliyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; Əmlak Məsələləri Dövlət Komitəsi; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi; yerli icra hakimiyyəti orqanları.
Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri aşağıdakı tələblərə cavab verməlidir: sürüşməyə və çökməyə meyilli olmamalıdır; daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır; qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır; torf və ağır gilli torpaq sahələri olmamalıdır.
Aşağıdakı ərazilərdə qəbiristanlıq salına bilməz: məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında; neft və qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında; dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında və s.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət