Azərbaycan İranın bir sıra vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (QTA) məlumatında deyilir.
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - məlumatda deyilir.
Nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub. **
R.Babayev
Pakistan hərbi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir
Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların sayı 2881 nəfərə çatıb
Azərbaycanda əhalinin 3,1%-i COVİD-19 əleyhinə vaksinasiya edilib
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayı 2,8 dəfə artıb
Bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Vüsal Qasımlı: Qarabağda tikinti bumu bütün iqtisadiyyatı canlandıra bilər
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
“Caspian Energy Club” növbəti “Online Round Table” təşkil edib
VTB (Azərbaycan) “Smartfonla ödəniş et – Cash Back qazan” adlı aksiyaya start verdi
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?