2018-ci ildə Hasilatın Pay Bölgüsü haqqında Sazişlər (HPBS, PSA) çərçivəsində Azərbaycanın payına düşən mənfəət nefti və qazının satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) $9 mlrd. 791,4 mln. məbləğində vəsait daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2017-ci ildə PSA tipli sazişlər çərçivəsində mənfəət nefti və qazının satışından ARDNF-in gəlirləri $6 mlrd. 409,6 mln. (11 mlrd. 30 mln. manat) təşkil edib. Beləliklə, 2018-ci ildə fondun belə gəlirləri 52,8% artıb.
2018-ci ildə mənfəət nefti və qazının satışı üzrə daxilolmalar aşağıdakı kimi olub: “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilmiş mənfəət neftinin satışından – $9 mlrd. 474,9 mln.; “Şahdəniz” yatağından mənfəət qazının satışından – $245,4 mln.; Kürovdağ neft yatağından hasil olunan karbohidrogen satışından – $7,4 mln.; Kürsəngi və Qarabağlı yataqları üzrə - $6,7 mln.; Binəqədi bloku üzrə - $14,6 mln.; Zığ və Hövsan neft yataqları üzrə – $4,97 mln.; Neftçala və Xıllı yataqları üzrə - $2,2 mln.; Suraxanı və Qaraçuxur yataqları üzrə – $13,7 mln.; Bahar və Qum-Dəniz yataqları üzrə - $1,25 mln.; Muradxanlı, Cəfərli və Zərdab yataqları üzrə - $0,26 mln.; Balaxanı-Sabunçu-Ramana-Kürdəxanı neft yataqları üzrə - $20 mln.
“2018-ci ildə AÇG blokundan 213,5 mln. barel neft hasil olunub ki, bu da poqnozlaşdırıldığından 4,5% çoxdur. Neftin qiymətinin və neft hasilatı həcminin proqnoza nisbətən daha yüksək olmasını nəzərə alaraq fodnun büdcəsinin bu maddəsi proqnoz göstəricisindən 25,1% artıq icra edilib. Ötən il 1 barel neftin orta ölçülmüş qiyməti $71 təşkil edib (ARDNF-in büdcəsində 1 barel neftin qiyməti 55 dollardan götürülmüşdü)», - deyə məlumatda qeyd olunur.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət