2019-cu il oktyabrın 1-dən Azərbaycanda minimum pensiya məbləği 25% - 200 manatadək artırılacaq.
“Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsini parlamentə təqdim edib. Layihəyə əsasən, Azərbaycanda minimum pensiyanın 25% - 200 manatadək artırılması nəzərdə tutulur”, - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Real TV-nin efirində bildirib.
Onun sözlərinə görə, bu, cari ildə minimum pensiyanın ikinci artımı olacaq. Bundan əvvəl 2019-cu il martın 1-də minimum pensiya 116 manatdan 160 manata qədər artırılmışdı.
"Yeni təkliflər çərçivəsində minimum pensiyanın artımı 660 min nəfəri əhatə edəcək. Cari ilin sonunadək bu məqsədlərə 70 mln. manatdan çox, 2020-ci ildə isə 220 mln. manata qədər vəsait yönəldiləcək", - deyə nazir müavini vurğulayıb.
O əlavə edib ki, dünən dövlət başçısı 2019-cu il sentyabrın 1-dən minimum əməkhaqqının, hərbi qulluqçuların aylıq pul təminatının, müəllimlərin, dövlət qulluqçularının əməkhaqlarının artırılmasını nəzərdə tutan sənədlər paketi imzalayıb. “İlkin qiymətləndirmələrimizə görə, bu tədbirlər təxminən 1,4 mln. nəfəri əhatə edəcək. Bu artımlarla əlaqədar 2019-cu ilin sentyabr-dekabr aylarında dövlət büdcəsindən 550 mln. manatadək, 2020-ci ildə isə 1,5 mlrd. manatdan çox vəsait ayrılacaq", - deyə A.Əliyev qeyd edib.
Nazir müavini vurğulayıb ki, Azərbaycanda dövlət qulluqçularının orta aylıq əməkhaqları sentyabrın 1-dən 833 manatdan 1200 manatadək artırılacaq.*
A.Əzizov
Ter-Petrosyan və Rusiyanın Ermənistandakı səfiri Azərbaycandakı erməni əsirlər barədə danışıblar
Azərbaycan XİN RF Dövlət Duması üzvünün Qarabağa dair bəyanatını şərh edib
Əliyev: Azərbaycan İranla nəqliyyat və energetika sahələrində əməkdaşlığın dərinləşəcəyinə ümid edir
Azərbaycan hökuməti 2021-ci ildə iqtisadi artımın bərpa edilməsinə nail olmaq niyyətindədir
Azərbaycan fevralda “Transneft” sistemi vasitəsilə neftin tranzitini planlaşdırır
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək