İqtisadiyyat naziri Şahin Mustafayev Çinin "Huawei" şirkətinə Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirak etməyi təklif edib. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycanda biznesin inkişafı üçün əlverişli işgüzar mühit yaradılıb, ölkədə sənaye və yüksək texnologiyalar parkları fəaliyyət göstərir. Biz "Huawei" şirkətini Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə əlaqələrin qurulmasında İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlığa dəvət edirik”, - deyə Ş.Mustafayev "Huawei" şirkətinin vitse-prezidenti Hou Tao ilə görüşdə bildirib.
Nazir Bakı ilə Pekin arasında iqtisadi əməkdaşlığın, o cümlədən tranzit daşımaları, logistika, ticarət, investisiya, İKT və turizm sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.
“Çinin Cənubi Qafqazla ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşür. Çində Azərbaycanın ticarət nümayəndəliyi, ticarət və şərab evləri fəaliyyət göstərir. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ikitərəfli əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayır”, - deyə o vurğulayıb.
H.Tao İKT sahəsində dünyada tanınmış şirkətin 170-dən çox ölkədə, o cümlədən 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
“"Huawei" şirkəti 2002-ci ildən Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə iştirak edir”, - deyə vitse-prezident qeyd edib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət