Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən «EYOF Baku-2019» Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlarının məbləğlərini təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılacaq: birinci yeri tutan hər bir idmançı - 10 min manat və ya $5,882, onun şəxsi məşqçisi – 5 min manat; ikinci yeri tutan hər bir idmançı – 7 min manat və ya $4,117 min, onun şəxsi məşqçisi – 3,5 min manat; üçüncü yeri tutan hər bir idmançı – 5 min manat və ya təqribən $2,941, onun şəxsi məşqçisi – 2,5 min manat.
Bundan başqa, komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafatlandırılacaq.
Xəbər verildiyi kimi, 20-28 iyul tarixlərində keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında paytaxtın 12 idman obyektində 48 ölkədən 3,9 min 14-18 yaş arası gənc idmançılar idmanın 10 növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə apardı. Festivala 3,5 mindən çox könüllü cəlb olunub.
Azərbaycan yığması ümumi komanda hesabında 4-cü yerə çıxdı. Azərbaycan idmançıların akivində 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla, 23 medal var.Azərbaycan festivalda 122 idmançı ilə təmsil olunub.
Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət