2019-cu ilin yekunları üzrə Ukraynadan Azərbaycana 50 minə yaxın turist gəlib. Bu barədə Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski məlumat verib.
“Bu ilin sonuna qədər 50 minə yaxın ukraynalı Azərbaycana gələcək. Getdikcə daha çox ukraynalı Bakını görmək üçün bu ölkəyə gəlir. Təəssüf ki, reyslərin doluluğu problemi var. Düşünürəm ki, həm Azərbaycan, həm də Ukrayna aviadaşıyıcıları tərəfindən uçuşların sayını artırmaq olar", - deyə V.Kanevski bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, regional əməkdaşlıq turizmin qarşılıqlı inkişafına töhfə verə bilər. “Təcrübə göstərir ki, Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı getdikcə artır. Səfirlik turizm sahəsinin təşviqi üzərində də işləyəcək və azərbaycanlı turistləri Truskavetsdən başqa cəlb edə biləcək digər şəhər və yerləri də təşviq edəcək”, - deyə səfir qeyd edib.
O vurğulayıb ki, Azərbaycan ölkə vətəndaşlarının Ukraynada təhsil aldığı ölkələrin beşliyinə daxildir. “Bu, artıq çoxillik ənənəyə çevrilib. Bu, çox vacib və xoşdur”, - deyə V.Kanevski əlavə edib.
Diplomat qeyd edib ki, qarşılıqlı ticarət dövriyyəsinin artacağını gözləyir. “2010-cu ildə ticarət dövriyyəsi (Azərbaycan ilə Ukrayna arasında - İF) $1,6 mlrd. təşkil edib, 2018-ci ilin yekunları üzrə bu göstərici $850 mln. olub ki, bu da iki dəfə azdır. İndi artım tendensiyası müşahidə olunur”, - deyə o bildirib.
Səfir qarşılıqlı ticarətin həcminin azalmasını onunla izah edib ki, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yerləşən metallurgiya müəssisələri 2014-cü ilə qədər Azərbaycana əsas mal tədarükçüləri olub. “Ancaq bu gün biz malların nomenklaturasını dəyişdiririk”, - deyə V.Kanevski söyləyib.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət