2018-ci ilin iyun ayından 2019-cu ilin sentyabr ayının sonunadək Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə 2,7 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub. Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol bu gün İstanbulda azərbaycanlı jurnalistlərə müsahibəsində bildirib.
“TANAP-ın istismara verildiyi vaxtdan (2018-ci ilin iyun ayı - İF) 2019-cu il sentyabrın 30-dək boru kəməri ilə 2,7 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub. TANAP-ın səhmdarları onun istismar olunacağı 15 il ərzində ümumilikdə illik $1,45 mlrd. gəlir əldə edəcəklər ki, bunun da 58%-i Azərbaycanın payına düşəcək”, - deyə o bildirib.
“2019-cu il iyulun 1-nə TANAP qaz kəmərinin illik gücü 3,8 mlrd. kubmetrə çatdırılıb. Biz BOTAS qarşısında 2018-ci il iyunun 30-dan 2019-cu il iyunun 30-dək TANAP-la 1,9 mlrd. kubmetr, 2019-cu il iyulun 1-dən 2020-ci il iyunun 30-dək 3,8 mlrd. kubmetr, 2020-ci il iyulun 1-dən isə ildə 5,7 mlrd. kubmetr qazın nəqlı edilməsi ilə bağlı öhdəlik götürmüşük”, - deyə S.Düzyol qeyd edib.
O, həmçinin TANAP qaz boru kəmərinin Türkmənistan və Şimali İraqdan da qaz nəqlində istifadə oluna biləcəyini deyib.
"İran da TANAP üçün potensial qaz mənbəyidir, lakin mövcud şəraitdə onu real tədarükçü kimi nəzərdən keçirmək mümkün deyil", - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, TANAP qaz kəmərinin tikintisi üçün beynəlxalq maliyyə qurumlarından (IBRD, EBRD, MIGA AIIB) $2,65 mlrd. kredit cəlb edilib. Layihə üzrə faktiki xərclər $11,77 mlrd. həcmində ilkin qiymətləndirməyə qarşı $6,5 mlrd. təşkil edib. “Belə qənaət hətta SOCAR-a MIGA-nın zəmanəti ilə verilən kreditin bir hissəsindən imtina etmək barədə qərar qəbul etməyə imkan verib”, - deyə S.Düzyol vurğulayıb.
TANAP bu il iyulun 1-dən Azərbaycan qazının Avropaya nəqli üçün hazır vəziyyətə gətirilib.
2018-ci ildə TANAP qaz kəməri ilə 916,4 mln. kubmetr qaz nəql olunub.
“SOCAR Turkiye Enenrji” şirkətinin rəhbəri Zaur Qəhrəmanovun sözlərinə görə, 2019-cu ildə qaz kəməri ilə 3 mlrd. kubmetr qaz nəql olunacaq, 2020-ci ildən etibarən isə nəqlin illik həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 mlrd. kubmetrə, daha sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət