Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin yekunları üzrə təxminən 5 mln. nəfərə xidmət göstərməyi planlaşdırır. Bu barədə aeroportun direktoru Teymur Həsənov məlumat verib.
“2019-cu ildə sərnişin daşımalarında 11%-ə qədər artım gözlənilir”, - deyə o, Rusiyanın “Aviatransportnoe obozrenie” jurnalına müsahibəsində bildirib.
Cari ilin 9 ayının yekunları üzrə aeroport 3,7 mln. nəfərə xidmət göstərib.
T.Həsənov qeyd edib ki, 2019-cu ildə Moskva Azərbaycan aeroportunun ən çox tələb olunan istiqamətlərinin üçlüyünə daxildir. “Buna görə biz Rusiya istiqamətini inkişaf etdirməkdə maraqlıyıq”, - deyə o əlavə edib.
Direktor vurğulayıb ki, Bakı aeroportunu Asiyadan Avropaya və əks istiqamətə sərnişin daşımaları üçün əhəmiyyətli mərkəzə çevirmək olar. “Biz bu istiqamətdə inkişaf etməyə yeni başlamışıq. AZAL və onun aşağı büdcəli “Buta Airways” bölməsi bu layihəyə böyük dəstək göstərir. Əgər 2 il bundan əvvəl bizdə tranzit sərnişin daşımaları yox səviyyəsində idisə, bu il tranzit daşımaları təxminən 4% təşkil edib. Hesab edirəm ki, bu istiqamətdə birgə əməkdaşlığımızın (AZAL və “Buta Airways” ilə) bəhrəsini bir neçə ildən sonra görəcəyik. Və bu rəqəm əsaslı şəkildə yaxşıya doğru dəyişəcək”, - deyə T.Həsənov vurğulayıb.
Onun fikrincə, Bakı aeroportunda bütün istehsalat proseslərinin aktiv şəkildə rəqəmsallaşdırılması trafikin artmasına kömək edəcək. «Bu il biz “Amadeus” şirkətinin məhsullarından istifadə etməyə başlamışıq. Bakı aeroportu dünyanın bütün sahələrdə bulud texnologiyalarına keçid etmiş ilk aviaqovşağıdır”, - deyə direktor qeyd edib.
Onun sözlərinə görə, son bir il yarım ərzində Bakı aeroportunda 18 yeni aviaşirkət uçuşlar həyata keçirməyə başlayıb. «Gələn ilin yay mövsümünün başlanmasına yaxın biz bu istiqamətdə daha bir neçə yenilik gözləyirik”, - deyə T.Həsənov əlavə edib.
2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4,43 mln. sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət