Koronavirus pandemiyası 2023-cü ildə planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində ilk neftin hasilatının başlanılmasına təsir etməyəcək. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Koronavirus pandemiyası bizim biznesə də müəyyən problemlər yaratdı. Buna baxmayaraq, Azərbaycanda bütün layihələrimizi yüksək səmərə ilə davam etdirdik. Lakin, COVİD-19 “Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində tikinti işləri qrafikinə müəyyən təsir göstərdi. Buna baxmayaraq, qeyd olunanlar həmin platformadan hasilatın başlanması müddətinə təsir etməyəcək. Biz, öncə planlaşdırılan kimi, “Mərkəzi-Şərqi Azəri” platformasından 2023-cü ildə ilk neft hasil emtəyi gözləyirik”, - Aslanbəyli qeyd edib.
Onun sözlərinə görə, COVİD-19 AÇG blokundan neft ixracına problem yaratmayıb. “Btün hasil olunan barrellər dünya bazarlarına çatdırılıb”, - Aslanbəyli vurğulayıb.
Vitse-prezident məlumat verib ki, BP ABƏŞ-in operatoru qismində OPEC+ sazişi çərşivəsində AÇG blokundan neft hasilatının azaldılması üzrə öhdəliyi yerinə yetirəcək.
Xəbər verildiyi kimi, OPEC+ çərçivəsində Azərbaycanın neft hasilatının azaldılması üzrə öhdəliyinin yerinə yetirilməsi məqsədilə AÇG-də hasilat 567 min barreldən 434 min barrelədək azaldılacaq. May ayında AÇG blokundan neft hasilatı gündəlik 437,6 min barrel təşkil edib.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.
“Mərkəzi-Şərqi Azəri” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Mərkəzi Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 mlrd. təşkil edir.
Layihə suyun 137 metr dərinliyində Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisi; üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturun quraşdırılması; Şərqi Azəri platformasından Mərkəzi-Şərqi Azəri platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelinin çəkilməsini nəzərdə tutur. Layihə çərçivəsində tikinti işləri 2022-ci ilin ortalarınadək davam edəcək.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 mlrd. məbləğində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət