Bu gün baş nazir Əli Əsədov Azərbaycabda Covid-19 koronavirusun yayılmasına qarşı mübarizədə müsbət tendensiyanı qeyd edir, lakin çarpayıların sayının artırılması prosesini sürətləndirməyə çağırıb.
Şənbə günü Azərbaycanda pandemiya ilə mübarizəyə dair son vəziyyətin müzakirə olunduğu hökumətin iştirakı iləvideomüşavirədə baş nazir yuxarıdakı fikirləri ifadə edib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
“İyunun ortalarından başlayaraq ölkəmizdə COVID-19-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir. Karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır”, - Əsədov bildirib.
Baş nazir Covid-19-a qarşı mübarizədə meydana gələn problemlərin həlli məqsədilə müvafiq tapşırıqlar verib.
Azərbaycanda xüsusi karantin rejimi martın 24-dən qüvvədədir.
Aprelin 27-dən etibarən ölkədə karantin rejimi çərçivəsində 3 mərhələdə yumşalmalar həyata keçirirlib.
İyunun 18-də Azərbaycan hökuməti koronavirus infeksiyası ilə bağlı vəziyyətin pisləşməsi fonunda xüsusi karantin rejimini avqustun 1-dək uzadılması barədə qərar qəbul edib. Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonlarında 21 iyun saat 00:00-dan 5 iyul 06:00-dək sərt karantin rejimi tətbiq olunur.
Bu 14 gün ərzində qeyd olunan şəhərlərin əhalisi yalnız SMS-icazə və xüsusi icazələr əsasında mənzil və olduqları yeri tərk edə bilər.
Bu iki həftə ərzində qeyd olunan şəhərlərdə ticarət mərkəzləri və molların fəaliyyəti qadağan edilir, ictimai iaşə obyektləri yalnız çatdırılma fəaliyyəti göstərə bilər, bərbərxana-gözəllik salonlarında xidmətlər, muzeylərin fəaliyyəti dayandırlacaq.
Bu dövrdə metro məhdudiyyətsiz fəaliyyət göstərəcək, park və bulvarlar açıq olacaq.
İyunun 26-na olan vəziyyətə görə, Azərbaycanda yoluxanların ümumi sayı 15,369 min nəfərə çatıb, 8,364 min nəfər sağalıb, 187 nəfər vəfat edib. 6,818 min nəfər xüsusi rejimli xəstəxanalardadır. **
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət