İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2020-ci ilin yanvar-iyun aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı yığımını ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% - 40 milyon 167,8 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların sığorta haqlarının 10%-i və icbari sığorta növləri üzrə sığorta haqlarının 31,5%-i AVSMMİS-in payına düşüb.
Yanvar-iyun aylarında sığortaçılar tərəfindən AVSMMİS üzrə 25 milyon 303,3 min manat (azalma 15,6%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 13,7%-i həcmində ödəniş həyata keçirilib. Bütövlükdə, cari ilin 6 ayı ərzində icbari sığorta növləri üzrə ödənişlərin 81,6%-i AVSMMİS üzrə ödənişlərin payına düşüb.2019-cu ildə Azərbaycanda sığortaçıların AVSMMİS üzrə sığorta haqlarının həcmi 5,2% - 100 milyon 430,2 min manatadək, ödənişləri – 25,7% - 67 milyon 235,6 min manatadək artıb.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.**
Ə.Məmmədov
Azərbaycan və Çexiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı Tehranı Azərbaycan-İran münasibətlərini böhrana aparan əməllərdə ittiham edib
Azərbaycanda 64 nəfər COVID-19-a yoluxub
Dağıstanın turizm potensialı “AITF 2023” sərgisində təqdim olunacaq
Formula 1 üzrə Azərbaycan Qran Prisinin yeni formatda keçirilməsi təklif edilib
Azərbaycanın şimal-qərbində avtomobil yolunun tikintisi üçün AAYDA-ya 6,7 milyon manat ayrılır
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
KTMT Ermənistana missiya göndərmək üçün layihə hazırlayıb
Tasmaqambetov: Cənubi Qafqazda vəziyyət sabitliyin pozulmasına səbəb ola bilər
Mişel və Paşinyan Ermənistan-Azərbaycan danışıqlarını müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək