İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.
Prezident İlham Əliyev bu gün yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, “Mercedes Sprinter 416” markalı avtomobilin bazasında Türkiyədə yığılan 24 reanimobil, 42 sadə təcili tibbi yardım avtomobili və Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 sadə və 24 reanimobil “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə imzalanmış müqavilə əsasında satın alınıb. Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 avtomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaq.
Agentlik 2020-ci ildə Türkiyədə istehsal olunan “Fiat Doblo Maxi XL” markalı 84 ədəd təcili tibbi yardım avtomobili alıb. Bu avtomobillərin hamısının rayonlara verilməsi nəzərdə tutulur. Onların 70-i sadə komplektasiyalı, 10-u xüsusi defibrilyatorla təchiz olunan, 4-ü isə Ambulans Perinatal təyinatlıdır.
“Ambulans Perinatal təyinatlı avtomobillərdə yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıq, küvez aparatları quraşdırılıb. Bu cür maşınların gətirilməsi ölkə səhiyyəsində yenilikdir. Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir ki, bu da onlara tıxac və ya dar yerlərdə sərbəst manevr etməyə imkan verir. “Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri də müasirliyi ilə seçilir”, - deyə məlumatda bildirilir.
Bu maşınların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Agentlik tərəfindən 24 ədəd “Ford Transit” reanimobili də sifariş olunub. Bu avtomobillər respublikanın rayonlarına paylanacaq.*
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət