Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsində şübhəli bilinərək tutulub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilir.
DTX-nin “İnterfaks-Azərbaycan”a daxil olan məlumatında vurğulanır ki, həmçinin Həsənov digər qanun pozuntularının törədilməsində şübhəli bilinir.
Bildirilir ki, səfirin fəaliyyətində pozuntular Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı aşkar olunub.
DTX-dən qeyd olunur ki, hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DTX-nin məlumatına görə, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib. **
X.Nəsirzadə, A.Əzizov
Səfir: ABŞ şirkətləri Qarabağın bərpasında iştiraka hazırdır
Azərbaycan XİN başçısı fransalı həmsədrlə Qarabağdakı vəziyyəti müzakirə edib
SİF layihənin idarə edilməsi üzrə məsləhətçi seçir
Cabbarov: 2020-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları rekord göstəriciyə çatıb
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Tsarukyan RF-nin səfiri ilə Ermənistanda və regionda vəziyyəti müzakirə edib
Fevralda Qarsda keçiriləcək Azərbaycan və Türkiyə hərbi təlimləri Ermənistanı qorxudub
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Yelo Bankın biznes kreditlərinin həcmi 18% artıb
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək