Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların formatı və məzmununun pozulmasında ittiham edib.
“Ermənistan Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarını işğal edib. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul olunub. Əfsuslar olsun ki, Ermənistan həmin qənamələrə məhəl qoymamağa davam edir”, - Əliyev bazar ertəsi Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışında bildirib.
Onun sözlərinə görə, Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib, Azərbaycana məxsus olan dini və tarixi abidələri məhv edib. “Ermənistanın baş naziri Qarabağ üzrə danışıqların formatını və məzmununu qəsdən pozur. Ermənistan tərəfindən səslənən təxribat və ritorika onu sübut edir ki, Ermənistan Azərbaycana qarşı yeni təcavüzə hazırlaşır. BMT-ni təsir göstərərək bu hərbi aqressiyanı dayandırmağa çağırırıq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və BMT TŞ-nin qətmanələri çərçivəsində öz həllini tapmalıdır”, - Əliyev qeyd edib.
O cümlədən, Əliyev Qoşulmama Hərəkatının üzv ölkələrinin dünyada cari çağırışlara dair gözləntiərini təqdim edib. “2019-cu ilin oktyabr ayından Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Biz, Hərəkatın üzv ölkələri yeni çağırışlara necə reaksiya vermək lazım olduğu barədə düşünməyə çağırırıq”, - o bildirib.
Prezident vurğulayıb ki, Qoşulmama Hərəkatının üzv ölkələri sülh və təhlükəsizliyin dəstəklənməsində BMT-ni vacib alət hesab edirlər. “Eyni zamanda, biz BMT-nin möhkəmlənməsi və modernləşməsi, BMT TŞ-nin nüfuzunun güclənməsinin tərəfdarıyıq. BMT TŞ-nin daha səmərəli və şəffaf fəaliyyəti üçün islahatlar zəruridir”, - o bildirib.
Əliyev əlavə edib ki, koronavirus pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir.
O cümlədən, Azərbaycan prezidenti qeyd edib ki, 2020-ci il Qoşulmama Hərəkatı üçün vacib ildir, çünki təşkilat 60 illiyini qeyd edir. Bununla əlaqədar Əliyev “soyuq müharibə” başa çatdıqdan sonra Bandunq prinsiplərinin əldə etdiyi böyük mahiyyətini qeyd edib.
Əliyev əlavə edib ki, Azərbaycan BMT-nin nüfuzunun yüksəlməsi üçün işləməyə hazırdır. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət