Sentyabrın 15-dən etibarən Azərbaycanın təhsil müəssisələrində koronavirus (COVID-19) infeksiyasına 732 yoluxma halı qeydə alınıb. Bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.
"15 oktyabr 2020-ci il tarixinə olan vəziyyətə görə, koronavirusa yoluxan şagirdlərin sayı 546 nəfər, müəllimlərin və texniki işçi heyətin sayı 186 nəfər təşkil edib", - deyə Əmrullayev bu gün keçirilən brifinqdə bildirib.
Bununla yanaşı, nazir qeyd edib ki, 1,597 min şagird yoluxanlarla təmasda olub.
"Bu, kifayət qədər böyük göstəricidir. Bu, əsasən ailə daxilində təmaslarla bağlıdır. Ölkədə yoluxanların ümumi sayı 500-dən artıq olduqda təhsil müəssisələrində yoluxma ehtimalı artır. Bununla əlaqədar tətilin elan edilməsi yerində verilmiş qərardır", - deyə Əmrullayev diqqətə çatdırıb.
O əlavə edib ki, tətillə bağlı qərar təhsil kurslarına və repetitorlara şamil edilmir.
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artımın müşahidə olunması ilə əlaqədar karantin rejiminin sərtləşdirilməsinə dair qərar qəbul edib.
2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.
Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etməmələri tövsiyə edilib.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət