Bu, “İnterfaks-Azərbaycan” agentliyinin hazırladığı və 2020-ci ilin hadisələrinə həsr olunan ikinci icmaldır. Bu dəfə iqtisadiyyatda, xüsusilə biznes və maliyyə sahəsində baş verən hadisələr təhlil olunub. Sözsüz ki, koronavirus ölkədə baş verən iqtisadi proseslərə böyük təsir göstərib, hökumət 2020-ci il üçün planları mühüm dərəcədə təshih etməli oldu. Bu səbəbdən biz 2020-ci ildə iqtisadiyyatda baş verən prosesləri koronavirus və onun təsiri nöqteyi-nəzərindən qiymətləndirmək qərarına gəldik.
Koronavirus: Makroiqtisadiyyata təzyiq
Yaz aylarına qədər iqtisadiyyatda vəziyyət çox yaxşı idi, ÜDM-in templəri 3%-i ötürdü, bu da son 6 il ərzində ən yüksək göstərici idi. Lakin koronavirus pandemiyası bütün planları pozdu. Azərbaycan hökuməti mart ayının ortalarından iqtisadiyyatda müxtəlif məhdudiyyətlər tətbiq etməli oldu. Ümumilikdə üç dəfə lokdaun elan olundu – yaz, yay və qış aylarında. Payızda virusla əlaqədar vəziyyət bir qədər nəzarət altında idi və buna görə Operativ Qərargah biznes üçün bəzi məhdudiyyətləri aradan qaldırdı.
Bütün bu lokdaunların nəticəsində 2020-ci ilin 11 ayı ərzində Azərbaycanda ÜDM-in azalması 4,3% təşkil edib, bu da son 25 il ərzində ən böyük geriləmədir. Bundan başqa, Azərbaycanın neft hasilatının azalmasına getməli olduğu OPEC+-un yeni razılaşması ÜDM-yə əlavə təzyiq göstərdi. Buna görə indi 2021-2022-ci illərdə Azərbaycan iqtisadiyyatı itkiləri bərpa etməli və 2019-cu il kovidöncəsi səviyyəyə qayıtmalıdır.
2020-ci il yaz ayları ərzində koronavirus pandemiyası və neftin aşağı qiyməti Azərbaycanın neft ixracından gəlirlərinin azalmasına gətirdi. 11 ay ərzində neft ixracından Azərbaycanın mədaxili $9 milyarda yaxın təşkil edib, bu da bir il öncə olan göstəricidən 36,2% azdır. Aydındır ki, hazırki qiymətlərlə 2019-cu ilin mədaxil həcminə ($14,8 milyard) nail olmaq mümkün olmayacaq. Qaz ixracından gəlirlə əlaqədar vəziyyət daha yaxşı idi, bu rəqəm 11 ay ərzində 4,8% - təxminən $2,2 milyard artıb. Lakin, göründüyü kimi, qaz ixracından mədaxil neft ixracından gəlirdən 4 dəfə azdır.
Bundan başqa, koronavirus səbəbindən Azərbaycan hökuməti yay aylarında 2020-ci il dövlət büdcəsinin parametrlərini yenidən nəzərdən keçirməli oldu. Neftin baza qiyməti bir barrel üçün $55-dən 35 dollara qədər endirildi. Nəticədə, itkilərin kompensasiyası məqsədilə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 12,2 milyard manatadək artırılıb, bu da bir neçə vəzifənin icrasını təmin etməyə imkan verib: makroiqtisadi, maliyyə və valyuta sabitliyini.
Bütövlükdə, bu mürəkkəb ildə Azərbaycan hökuməti makroiqtisadi sabitliyi təmin edə bildi.
Koronavirus: Biznesə təzyiq
COVİD-19-a görə müxtəlif məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aprel ayında Azərbaycan hökuməti iqtisadiyyat subyektlərinin dəstəklənməsinə yönələn tədbirlər paketi qəbul edib. Söhbət yalnız özəl sektordan deyil, həm də dövlət şirkətlərindən gedir. Ümumilikdə, iqtisadiyyatın dəstəklənməsi həcmi 3,5 milyard manat və ya 2019-cu ildən ÜDM-in 4,2% səviyyəsində qiymətləndirilir. COVİD-19 koronavirus infeksiyasından zərər görən regionlarda sahibkarlara 332 milyon manatdan artıq ümumi məbləğdə üç maliyyə yardımı paketi göstərilib. Bundan başqa, kreditlərin cəlb olunması üçün sahibkarlara dövlət zəmanəti təqdim olunub. Biznesin bu kredit dəstəyi paketi 1,5 milyard manat həcmində qiymətləndirilir.
Bu yardım ayrı-ayrı sektorlarda sahibkarların itkilərini qismən kompensasiya etməyə imkan verdib, lakin biznesin bütün problemlərini həll etməyib. Pandemiya uzandıqca, sahibkarlar daha sərt tədirlərə getməli olurlar. Ən yaxşı halda bu, işçilərin əmək haqqlarının azalması ilə özünü göstərir, ən pis halda – şirkətlər qüvvədə olan məhdudiyyətlər səbəbindən işçilərin sayını azaltmağa məcburdurlar.
Məhdudiyyətlərdən fərdi sahibkarlar daha çox zərər görüblər. Bəli, yaz aylarında onlara müəyyən maddi dəstək göstərildi, onlar üçün icbari sosial sığorta ayırmalarının dərəcəsi endirildi, müəyyən vergi güzəştləri təqdim olundu. Lakin ticarət, turizm, xidmətlər kimi sahələrdə çox sayda fərdi sahibkar mühüm dərəcədə zərər gördü və dövlətin təqdim etdiyi yardım onların itkilərini tam həcmdə kompensasiya edə bilməyib. Pandemiyanın nə vaxt bitəcəyi və həyatın normal məcraya dönməsini demək çətin olduğu indiki dövrü nəzərə alaraq, aydın məsələdir ki, ən azı 2021-ci ilin birinci yarısında biznesə dövlətin dəstəyi lazım olacaq.
Koronavirusla əlaqədar mənfi vəziyyət, sərhədlərin bağlanması 2020-ci ildə Azərbaycanın qeyri-neft ixracının azalmasına gətirib.
Bundan başqa, pandemiya şəraitində biznesin dəstəklənməsi məqsədilə mayın 19-da Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda COVİD-19 koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə $200 milyon dəyərində svop müqaviləsi bağlayıb. Müqavilə çərçivəsində yerli şirkətlər milli valyutada AYİB-in maliyyə ehtiyatlarına çıxış əldə ediblər. Bu məbləğin 50 milyon dolları və ya 85 milyon manatın 2020-ci ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə kiçik biznesə verilməsi planlaşdırılırdı. Nəticədə, 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bağlanmış aktiv svop əməliyyatları 18.2 milyon dollar təşkil edib, yəni planlaşdırılan məbləğin təxminən üçdə bir hissəsi artıq reallaşdırılıb. Bu, həmçinin Azərbaycanda kiçik və orta biznesin maliyyə inkişafının kifayət səviyyədə inkişaf etməməsinin göstəricisidir, bu da bankların biznesə kredit ayırmasını çətinləşdirir.
Koronavirus: Valyuta bazarına təzyiq
2020-ci ilin mart ayında neftin qiymətinin ucuzlaşması valyuta bazarında təzyiqin güclənməsinə gətirdi. Manatın devalvasiyası ilə əlaqədar qorxu xarici valyuta, öncə ABŞ dollarına kəskin tələbata gətirib. 2020-ci ildə ARDNF dövlət büdcəsinə 11,35 milyard manat məbləğində transfertlər üzrə öhdəliyin icrası üçün valyuta bazarında $6,8 milyard satmağı planlaşdırırdı. Lakin mart ayında AMB və Azərbaycan hökuməti vəziyyətin dəstəklənməsi məqsədilə yeni planı təcili sürətdə yerinə yetirməli oldu. AMB və ARDNF hərraclarda xarici valyutanın satış həcmini kəskin artırmalı oldu. Mart ayında bu satışların həcmi $1,9 milyardı ötüb, baxmayaraq ki, 2020-ci ilin yanvar-noyabr aylarında satışların həcmi $6 milyard 665,9 milyon təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə artım 16,8% - İF).
Ancaq bu cür radiklal tədbirlər, həmçinin 2020-ci ilin may ayından dünya bazarlarında hesabına neftin qymətinin tədricən artması hesabına valyuta bazarında vəziyyət sabitləşib. Bəli, əlbəttə ki, KİV və cəmiyyətdə vaxtaşı devalvasiyanın baş verəcəyi ətrafında ajiotaj yaranır. Lakin hazırda manatın devalvasiyası üçün real əsaslar yoxdur. İlk növbədə, bu neftin qiyməti amilidir, hansı ki, hazırda bir barrel üçün $50-dən yüksəkdir. 2021-ci il üçün Azərbaycan büdcəsində isə neftin bir barrel qiyməti $40 hesablanıb. Bundan əlavə, AMB artıq təxminən 4 ildir ki, manatın dollara nisbətən məzənnəsini AZN1.7/$1 səviyyəsində saxlayır və hələlik sərt məzənnə tənzimlənməsindən imtina etməyi planlaşdırmır.
Koronavirus: Maliyyə sektoruna təzyiq
2020-ci il Azərbaycanın maliyyə sektoru üçün keçid dövrü olmalı idi. Bu onunla şərtlənir ki, AMB bazarın tamhüquqlu tənzimləyicisi olmalı idi. Koronavirus maliyyə sektoru, öncə bank seqmentinə müəyyən təsir göstərib. Məhdudiyyətlər və lokdaunlar səbəbindən bankların iqtisadiyyatı kreditləşdirmək imkanları kəskin azalıb. Lakin, bütövükdə bank sekstorunda vəziyyət koronavirusun təsirinin ilkin qiymətləndirməsindən daha yaxşı oldu. Eyni zamanda, yaz aylarında AMB maliyyə bazarında bir qədər təmizlənmə prosesi həyata keçirməyə müvəffəq olub – 4 bank və 1 sığorta şirkətinin fəaliyyət lisenziyaları ləğv olunub. 4 bankın lisenziyasının geri çağırılması bank sistemində, öncə əmanətlərin sığortalanması sitemində müəyyən nöqsanları aşkar edib (həmin banklar əməliyyatların həyata keçirilməsinin dayandırılmasına baxmayaraq, əmanətlər qəbul ediblər). Təəccüblüdür ki, əvvəlki tənzimləyici (Maliyyə Bazarlarına Nəzarət Palatası) və yeni tənzimləyici (AMB) buna necə imkan yaradıblar. Nəticədə, həmin banklarda əmanətçilərə kompensasiyaların ödənilməsi ilə bağlı gecikmələr olub.
Bu vəziyyət əmanətlərin sığortalanması sisteminə dair qanunvericlikdə boşluqları nümayiş etdirdi. 2020-ci il ərzində AMB əmanətlərin sığortalanmasının yeni mexanizmini tətbiq etmək planlarını anons etmişdi, lakin koronavirus səbəbindən onu başa çatdırmağı bacarmadı. Buna görə Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2021-ci il aprelin 5-dək uzadılıb. Eyni zamanda, cari ilin aprel ayında qüvvədə olacaq əmanətlərin sığortalanması sisteminin yeni konturları artıq görünür. 2021-ci il aprelin 5-dən etibarən əmanətlərin sığortalanmasının yeni formatı qüvvəyə minəcək – fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır. Bundan başqa, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanır. Bundan əlavə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanacaq. AMB əmanətlərin sığortalanması sistemində digər yenilikləri 2021-ci ilin mart ayında təqdim etməyə söz verib.
Maliyyə bazarının digər seqmentləri – sığorta bazarı və qiymətli kağızlar bazarına gəlincə isə, burada mühüm dəyişikliklər baş verməyib. Bu, həmin seqmentlərin məhdudiyyətləri ilə şərtlənir. Bəli, 2021-ci ildə sığorta bazarında sığortaçıların haqqlarının artırılması amili var, ancaq problemlər bitməyib: bu həm bazarın zəif əhatə olunması, zəif rəqabət, əhali və biznesin sığorta məhsullarına praktiki marağının olmaması və s. Qiymətli kağızlar bazarından söz açarkən, burada yeganə mühüm hadisə “AzerGold” QSC-nin $20 milyon dəyərində istiqrazlarının ilk dəfə yerləşdirilməsi olub.
Koronavirus: Dövlət maliyyəsinə təzyiq və iri dövlət şirkətləri üzərində nəzarətin gücləndirilməsi
Koronavirus səbəbindən biznesin dəstəklənməsi üzrə tədbirlər planının bir bəndi - “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması olub. Avqustun 7-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. AİH-nin nizamnamə kapitalı 10 milyon manat təşkil edib. AİH dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə yaradılıb.
Yay aylarında prezidenti İlham Əliyev dövlətə baha başa gələn, nəticədə isə dövlət büdcəsinə heç nə ödəməyən dövlət şirkətlərinin maliyə əməliyyatlarını kəskin şəkildə tənqid edib. Bu, neft ixracından gəlirlərin azalması və Qarabağın bərpası üçün maliyyələşmənin artırılması zərurəti və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi şəraitində xüsusilə aktualdır. Bu vəziyyətdə dövlət vəsaitinin xərclərinin effektivliyinin təminatı əsas elementlərdən biridir. Dövlət şirkətlərinin ünvanına tənqiddən sonra AİH-nin yaradılmasına dair fərman imzalanıb. İlkin mərhələdə aşağıdakı dövlət müəssisələri ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilir: SOCAR, “AzerGold” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC. Ümumilikdə, 21 şirkət AİH-nin idarəetməsində olacaq.
Dövlət büdcəsinə yeni daxilolmalar mənbələrinin əldə olunması məqsədilə Azərbaycan hökuməti 2021-ci ildən etibarən iri dövlət şirkətlərinin dividend ödənişləri həyata keçirməsinə dair qərar qəbul edib. Xüsusilə, 2021-ci il dövlət büdcəsində SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC və “Azərenerji” ASC tərəfindən dividend ödənişləri nəzərdə tutulub. Dividendlərin ümumi məbləği 46 milyon manat təşkil edəcək. Azərbaycan Beynəlxalq Bankı tərəfindən dövlət büdcəsinə 120 milyon manat məbləğində dividend ödənişi həyata keçiriləcək. **
Ə.Məmmədov, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət