Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev baş katibə, həmçinin TÜRKSOY-un rəhbərinə müharibə dövründə və müharibədən sonra Azərbaycanı dəstəklədiyinə görə təşəkkürünü bildirib.
“Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Müharibənin lap əvvəlində siz Azərbaycanı dəstəkləyən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən bəyanat vermisiniz. Həmçinin bəyan etmisiniz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır”, - deyə o qeyd edib.
Prezident azad edilmiş ərazilərin bərpa olunması prosesinə yalnız dost ölkələrdən olan şirkətlərin cəlb ediləcəyini diqqətə çatdırıb.
“Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək”, - deyə İ.Əliyev vurğulayıb.
Öz növbəsində, Amreyev TÜRKSOY-un bütün üzv ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini bildirib və 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan edilməsini təklif edib.
“Biz hər il türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik. Bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar. Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq”, - deyə o qeyd edib.
Baş katib, həmçinin 2020-2025-ci illər üçün türk strategiyasının və 2020-2040-cı illər üçün türk dünyası barədə təsəvvürləri əks etdirən sənədin hazırlanmasının başa çatdırılması barədə dövlət başçısına məlumat verib.
“Bu sənəd türk dünyasının gələcəyini, bizim əməkdaşlığımızı, bütün sahələrdə - siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, gənclər və başqa sahələrdə inteqrasiyanı əks etdirir. Hazırlanmış həmin “Turkic World Vision-2040” sənədinin surətini bu gün mən Sizə təqdim etməyi özümə şərəf sayıram. Siz Türk Şurasının üzvü olan ölkələrin nazirlikləri və idarələri ilə sıx əlaqəli şəkildə işlənib hazırlanmış bu sənədi bəyənəndən sonra qarşıdakı sammitdə biz bir il ərzində onu reallaşdırmağa başlayacağıq”, - deyə Amreyev əlavə edib.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət