Azərbaycan Şuşa şəhərinin banisi Pənahəli xanın ermənilər tərəfindən dağıdılmış sarayını bərpa edəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Erməni barbarları Şuşa şəhərinin banisi Pənahəli xanın sarayını dağıdıblar. Bu tarixi abidədir. Bütün beynəlxalq təşkilatlar gəlib bunu görsünlər. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa-dayaq olan dairələr gəlsinlər və görsünlər bu vəhşilər nə ediblər. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır», - Əliyev Şuşa şəhərində olarkən bildirib.
“Gələsən və başqasının (Azərbaycanın - İF) torpağında yaşayasan, ondan sonra fürsətdən istifadə edib burada yerli əhalini boğasan, öldürəsən, yandırasan və soyqırım törədəsən (Xocalı soyqırımı - İF). Ondan sonra sənə qucaq açan, qəbul edən və yaşamağa imkan verən xalqın abidəsini bu günə salasan. Mən - sanki buradan vəhşi qəbilə keçib deyəndə bunu nəzərdə tuturdum. Biz mütləq Pənahəli xanın sarayını bərpa edəcəyik”, - Əliyev vurğulayıb.
Həmçinin, prezident bildirib ki, şair Molla Pənah Vaqifin məqbərəsi və məscidlərin bərpa işlərinə başlanılıb.
“Mən Heydər Əliyev Fondunun vəsaiti hesabına və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçiriləcək layihə ilə artıq tanış oldum. Biz məqbərənin tarixi görünüşünü bərpa edəcəyik. O cümlədən, məscidlərin bəpası ilə bağlı müvafiq göstərişlər verilib, ilkin araşdırmalara başlanılıb və yaxın zamanda layihə təqdim ediləcək. Həmçinin, 30 il ərzində ermənilərin qurutduqları bulaqları bərpa edəcəyik”, - Əliyev qeyd edib.
Bundan başqa, rəsm qalereyasında bərpa işləri aparılacaq.
Həmçinin, Əliyev “Qarabağ” otelinin cari vəziyyəti ilə tanış olub. “Qarabağ” oteli hələ Sovet dövründə Azərbaycan SSR-nin büdcəsi hesabına inşa olunub. Sonra mənfur düşmən otelin adını dəyişərək “Şuşi palas” edib. Belə ad yoxdur, yalnız Şuşa şəhəri var”, - Əliyev vurğulayıb. Eyni zamanda, o qeyd edib ki, Şuşa sanatoriyasının bərpası çərçivəsində kiçik otellərin tikintisi planlaşdırılır.
“Şuşa şəhərinə turist axının böyük olmasını nəzərə alaraq, burada 3-4-5 ulduzlu otellər inşa olunacaq. Həmçinin, istifadə müddəti çoxdan başa çatan “xruşovka” tipli yaşayış binalarının vəziyyətinə də diqqət yetirmək lazımdır. İşğal dövründə Şuşada cəmi 2 min nəfər yaşayıb, onların əksəriyyəti hərbçilər və onların ailələri olub, bu səbəbdən həmin binaların əksər hissəsi boş qalıb. Ermənilər düşünürdülər ki, şəhər daima işöal altında olacaq, biz buna son qoyduq. Mən demişəm, Şuşa nəinki ölkədə, həm də bütün dünyada ən gözəl şəhərlərdən biri olacaq. Bi 100% buna nail olacağıq”, - Əliyev bəyan edib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət