Azərbaycan “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərarı dəstəkləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq”, - deyə məlumatda bildirilir.
Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 milyon barrel, iyunda 6,2 milyon barrel, iyulda isə 5,76 milyon barrel müəyyənləşdirilib.
İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov qlobal neft bazarının “OPEC plus”un adekvat və çevik qərarlarını inamla qarşılamasını və “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları arasında həmrəyliyi qeyri-sabit bir dövrdə mühüm məqamlar kimi qiymətləndirib. Nazir tənzimləmə tədbirlərində düşünülmüş, ehtiyatlı davranışın və bütün inkişaf ssenarilərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
“Bizim üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən tarazlığın əldə edilməsidir. Hesab edirəm ki, “OPEC plus”un bu dəfəki qərarı da bazar dinamikasının balanslaşdırılması səylərinə töhfə verəcək”, - deyə məlumatda qeyd olunur.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib.
OPEC+ ölkələri nazirlərinin 2020-ci il dekabrın 3-də keçirilmiş iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması barədə qərar qəbul edilib. Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 milyon barrel, qeyri-OPEC ölkələri isə 2,636 milyon barrel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar-aprel aylarında Azərbaycan gündəlik xam neft hasilatını 595 min barrel səviyyəsində saxlamalıdır.*
N.Abbasova
Səfir: Bakı və Budapeşt imzalanması üçün 2 sənəd hazırlayırlar
Əliyev Dövlət Turizm Agentliyinin yeni strukturunu və ştatını təsdiqləyib
Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, matəm kitabına ürək sözlərini yazıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı 47,6% artıb
Əliyev: Azərbaycan Türkiyədə zəlzələ zamanı zərərçəkənləri müalicəyə götürməyə hazırdır
Naxçıvanda iqtisadi sahədə həyata keçirilən tədbirlər müzakirə edilib
Cabbarov və Nəcəfli Naxçıvanın iqtisadi potensialını müzakirə ediblər
Zaqreb İrəvan və Bakını sülh danışıqlarını bərpa etməyə çağırır
Aİ-də Azərbaycanla Ermənistan arasında danışıqlar üçün Tbilisini rahat meydança hesab edirlər
Mirzoyan etiraf edib ki, İrəvan təxminən iki həftə öncə Bakıdan cavab alıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir