2020-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri $606,056 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilir.
2019-cu il ərzində Rusiyadan Azərbaycana fiziki şəxslər $564,736 milyon vəsait köçürüblər. Beləliklə, 2020-ci il ərzində Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 7,3% artıb.
2020-ci ildə Rusiya Azərbaycana köçürmələr həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb.
O cümlədən, fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə - $76,375 milyon (artım 7,3%), АBŞ - $53,358 milyon (аrtım 34,7%), Almaniya - $36,988 milyon (аrtım 2,4 dəfə) və Gürcüstan - $34,885 milyon (аrtım 2 dəfə) daxildir.
Həmçinin, Azərbaycandan fiziki şəxslərin pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında birinci Türkiyə yerdə qərarıaşıb - $117,436 milyon (аrtım 19,4%).
Hesabat dövründə Azərbaycandan Rusiyaya köçürmələrin həcmi $148,39 milyon təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 35,6% azdır.
Ötən il Azərbaycanda fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə həmçinin АBŞ - $50,894 milyon (аrtım 49,9%), Böyük Britaniya - $25,198 milyon (аrtım 9,3%), Gürcüstan - $59,451 milyon (аrtım 2,4 dəfə) daxildir.
Ümumilikdə, 2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 94,029 milyon təşkil edib (artım 17,1%). Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 29,1% - $556,545 milyona qədər artıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət