Asiya İnkişaf Bankı 2021-ci ildə Azərbaycan iqtisadiyyatında 1,9% artım proqnozlaşdırır. Bu barədə çərşənbə günü dərc olunan Asian Development Outlook 2021 icmalında qeyd olunur.
Bankın qiymətləndirmələrinə əsasən, 2022-ci ildə Azərbaycanda iqtisadiyyatın artımı 2,5% səviyyəsində sürətlənəcək. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“2021-ci ildə artımın 1,9%-dək bərpası proqnozlaşdırılır və 2022-ci ildə ölkə daxilində və xaricdə tələbatın artımı halında sürətlənəcək. Proqnozlara əsasən, istehlakçıların etimadının barpası və neft gəlirlərinin dövlət sərmayələrinə yönəldilməsi imkanı halında neft sektorunda artım qalan iqtisadiyyatdan geri qalacaq”, - icmalda qeyd olunur.
AİB 2021-ci ildə Azərbaycanda sənaye istehsalında 2,1% səviyyəsində, 2022-ci ildə - qaz hasilatının artırılması və tikinti sektorunda canlanma hesabına 2,9% səviyyəsində artım proqnozlaşdırır.
“2021-2022-ci illərdə kənd təsərrüfatında illik artım dövlət dəstəyi və fermerlər üçün maliyyəyə çıxışın sadələşdirilməsi hesabına, istehsalat xərclərinin azalması məqsədilə yeni subsidiyalar daxil olmaqla, 3,5% təşkil edəcək. Proqnozlara əsasən, pərakəndə ticarət və turizmin canlanması nəticəsində xidmətlər sahəsi 2021-ci ildə 2,8% və 2022-ci ildə 4% artacaq”, - bank qeyd edir.
AİB-nin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda inflyasiya 3,5% təşkil edəcək, lakin 2022-ci ildə 3%-dək azalacaq.
“2021-ci ildə inflyasiya 3,5%-dək artacaq, bu da benzinin qiymətinin 10%, dizel yancağının qiymətinin 33% və ev təsərrüfatları üçün suyun tarifinin iki dəfə artması ilə əlaqədardır. Əgər kommunal xidmətlərə digər tariflər artarsa, yəgin ki, daha yüksək inflyasiya baş verəcək. İdarəolunan mübadilə məzənnəsi rejimi inflyasiyaya idxal qiymətlərinin təsirini məhdudlaşdırmalıdır”, - bank qeyd edir.
AİB-nin proqnozlarına əsasən, 2021-ci ilin yekunları üzrə Azərbacanın tədiyə balansının profisiti ÜDM-in 3,9%-ni, 2022-ci ildə - ÜDM-in 5,5%-ni təşkil edəcək.
“Neftin qiyməti və hasilat həcminin bərpası ilə cari əməliyyatlar hesabı 2021-ci ildə ÜDM-n 3,9% səviyyəsində profisitə, 2022-ci ildə 5,5% səviyyəsində profisitə malik olacaq. Proqnozlara əsasən, 2021-ci ildə ixrac 29,2%, 2022-ci ildə - 0,7% artacaq, idxal isə iqtisadiyyatın bərpası nəticəsində gəlirlərin və istehlak xərclərinin artması ilə 2021-ci ildə 9,2% və 2022-ci ildə - 2,7% artacaq. Nəqliyyat və turizmin tədricən bərpası ilə xidmətlər balansının kəsiri azalacaq, lakin ehtimal ki, gəlirlərin hesab kəsiri artacaq, çünki neftdən daha yüksək gəlirlər xaricə mənfəətin çıxarılmasına təkan verəcək”, - icmalda vurğulanır.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində, orta illik inflyasiyanı – 3% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19-a görə məhdudiyyətlər və OPEC+ sazişi çərivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3%, inflyasiya – 2,8% təşkil edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət