2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 43,1% azalaraq 34,1 milyon manat ($20,1 milyon) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“I rübdə gəlirlərin 58,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,7%-i ictimai iaşə xidmətlərindən, 2,6%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - deyə məlumatda bildirilir.
2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövri ilə müqayisədə 36,9% azalaraq 299,5 min olub. Gecələmələrin 48,5%-i Bakıda, 11,2%-i Qusarda, 10,6%-i Qəbələdə, 5,4%-i Qubada, hər birində 4,7% olmaqla Lənkəran və Şabranda, 3,2%-i Naftalanda, 2,2%-i Mingəçevirdə, 2,1%-i Şamaxıda, 0,7%-i Gəncədə, hər birində 0,6% olmaqla Masallı və Zaqatalada, 0,5%-i Qaxda, 5%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə azalaraq 53,3 min olub ki, bu da ümumi gecələmələrin 17,8%-ni təşkil edir. Gecələmələrin 13,3%-i Türkiyə, 13,2%-i Böyük Britaniya, 11,4%-i Rusiya Federasiyası, 5,6%-i Almaniya, 4,6%-i İtaliya, 3,2%-i ABŞ, 2%-i Ukrayna, 2%-i Niderland, 1,9%-i Belarus, 1,9%-i İsrail, 1,4%-i Norveç, 1,2%-i Qazaxıstan, 1%-i Hindistan, 1%-i Polşa, 36,3%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər ediblər.
2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,8% səviyyəsində olub (2020-ci ilin yanvar-mart aylarında 12,2%). Bu göstərici Şabranda 45,1%, Beyləqanda 21,1%, Qusarda 19,4%, Naftalanda 16,8%, Qəbələdə 14,8%, Lənkəranda 14,7%, Qubada 13,8%, Şəmkirdə 11%, Mingəçevirdə 10,6%, Bərdədə 10,3%, Şamaxıda 9,8%, Bakıda 9,6%, Ağcabədidə 9%, Cəlilabadda 8,3% təşkil edib.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət