Dövlət Turizm Agentliyi Şəki şəhəri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinin I mərhələsinin həyata keçirilməsinə 1 milyon 829,315 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, “İsmayıllı Tikinti-27” ASC ilə müvafiq müqavilə bağlanıb.
Yuxarı Baş – Şəki şəhərinin yuxarı hissəsində tarix-memarlıq qoruğudur. Bura Şəki şəhərinin ən qədim hissəsidir. Qoruq ərazisinə Şəki Xan Sarayının da yerləşdiyi Nuxa qalası və karvansarayların və müxtəlif sənət növlərinə aid dükanların yerləşdiyi əsas alış-veriş küçəsi daxildir. Alış-veriş küçəsinin ətrafında hələ də öz qədim adlarını daşıyan məhəllələr yerləşir: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s. Qoruq ərazisində, həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir. Qoruğun ərazisi 283 hektardır.
Yuxarı Baş 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu elan edilib. 2019-cu il iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.*
E.Şəfiyev
Aİ ölkələri TAP vasitəsilə Azərbaycandan ümumilikdə 20 milyard kubmetrdən çox qaz alıb
Azərbaycan və Monteneqro arasında “Hava əlaqələri haqqında” saziş imzalanıb
Serbiya 2024-cü ilin əvvəlində Azərbaycandan qaz tədarükünə ümid edir
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir