Azərbaycan hökuməti 2022-ci ildə “Azərbayan Beynəlxalq Bankı” ASC-dən 100 milyon manat məbləğində dividend əldə etməyi ümid edir, bu da 2021-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 16,7% azdır.
“2021-ci ildə dövlət büdcəsinə ABB-dən dividend daxilolmaları 120 milyon manat, 2022-ci ildə - 100 milyon manat, yəni 16,7% az səviyyəsində nəzərdə tutulur”, - Hesabalama Palatasının 2022-ci il dövlət büdcəsi layihəsi üzrə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi rəyində qeyd olunur.
Palatanın məlumatına görə, ümumilikdə, 2022-ci ildə dövlət şirkətlərindən dövlət büdcəsinə dividend daxilolamları 2021-ci ildə 168,05 milyon manata qarşı 106,5 milyon manat təşkil edəcək (azalma 36,6%).
Palatanın məlumatına əsasən, 2022-ci ildə dövlət büdcəsinə 1,5 milyon manat “Azər-Türk Bank” ASC (2021-ci illə müqayisədə artım 2 dəfə), daha 5 milyon manat – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən ödəniləcək.
2021-ci ilin əvvəlindən dövlət şirkətləri dövlət büdcəsinə 122 milyon 44 min manat dividend ödəyiblər, bunun 120 milyon 844 min manatı – ABB, 1 milyon manatı – “Azərlotereya” ASC, 200 min manat – “Aqrarkredit” BOKT tərəfindən ödənilib.
“Bizim təhlilimiz göstərir ki, bir çox dövlət şirkətləri dövlət büdcəsinə dividendlərin ödənişində maraqlı deyillər. Onların bəziləri maliyyə hesabatına əsasən, xalis mənfəətə malikdir, lakin bu dövlət büdcəsinə ödənişlərdə heç cür əks olunmur”, - Palatadan vurğulanır.
Xəbər verildiyi kimi, ABB 2021-ci ilin 9 ayını 197 milyon 181,79 min manat məbləğində xalis mənfəətlə başa vurub (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 45,6% - İF).
Bildirilib ki, iyun ayında ABB-nin səhmdarları 2020-ci ilin mənfəətindən 127 milyon manat (cari məzənnə ilə $74,7 milyon) dividendin ödənilməsinə qərar veriblər. Dividendlər bir səhm üçün 0,028 manat təşkil edib.
2019-cu ilin yekunları üzrə ABB dividendlərin ödənilməsinə 150 milyon manat ($88,2 milyon) yönəldib (bir səhm üçün 0,0326 manat).
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur. Bankın nizamnamə kapitalı 1 milyard 224 milyon 478,248 min manata bərabərdir və bir qiymətli kağız üçün nominalı 0,27 manat təşkil edəb 4 milyard 597 milyon 360,178 min səhmə bölünüb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət