Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüş zamanı Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu qeyd edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
XİN-in saytında dərc olunan məlumatda qeyd olunur ki, Pololikaşvili Bayramovla söhbət əsnasında “ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi” vurğulanıb.
Öz növbəsində, Bayramov son illər ərzində ölkəmizdə bu sahə üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə səviyyəsi ilə yanaşı, həm də regional səviyyədə turizm imkanlarının artırılmasında maraqlı olduğu baş katibin diqqətinə çatdırılıb. Nazir, həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib.
XİN-dən bildirilib ki, Bayramov Pololikaşvilini növbəti dəfə ÜTT baş katibi seçilməsi münasibətilə təbrik edib. Baş katib namizədliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət