Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismara verilməsinə dair $51 milyon məbləğində kreditin ayrılması üçün bir həftə ərzində sənəd imzalamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova məlumat verib.
“GES-in tikinti layihəsi üzrə sənəd demək olar ki, hazırdır və bir həftə ərzində imzalanmalıdır. (...) biz finiş xəttindəyik”, - Mahmudova bildirib.
Xəbər verildiyi kimi, 2022-ci ilin may ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi və istismarı üçün $51 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib. kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə Azərbaycanda yaradılmış “Masdar Azerbaijan Energy Limited Liability Company” çıxış edəcək. Stansiyanın tikintisi “Madar” şirkətinin (BƏƏ) investisiyaları hesabına həyata keçiriləcək.
Layihənin ümumi dəyəri $250 milyon təşkil edir. 230 MVt gücündə stansiyanın 2023-cü ilin sonunda işə salınması planlaşdırılır.
Layihənin həyata keçirilməsi 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə, ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Bu layihə Azərbaycana istilik enerjisinin istehsalından asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı hədəflərə çatmağa kömək edəcək.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,544 milyard avro vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 34 layihə daxildir və onların həyata keçirilməsinə 842 milyon avro ayrılıb (2022-ci il aprelin 30-nə olan vəziyyətə görə - İF-Az).**
E.Şəfiyev, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət