Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev sentyabrın 6-da Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi DTA-ya istinadən xəbər verir.
Görüşdə tərəflər Azərbaycanda turizmin inkişafına töhfə verəcək layihələr üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“F.Nağıyev Qarabağda turizmin dirçəldilməsinə yönəlmiş layihələr haqqında danışaraq bu sahədə beynəlxalq təcrübədən faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə, həmçinin DTA tərəfindən həyata keçirilən layihələrdə əsas məqsədin mədəni irsin qorunub saxlanması ilə turizmyönlü sahibkarlığın inkişafına dəstək vermək, o cümlədən əhalinin gəlirlilik səviyyəsi və rifah halının yüksəldilməsi ilə dayanıqlı və davamlı inkişafa nail olmağın vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
S.Maykl turizm təhsili, regional turizmin inkişafı, destinasiyaların idarə edilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi və bu kimi sahələr üzrə Dünya Bankının öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
“Görüş çərçivəsində turizmin ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan layihə və proqramlar haqqında fikir mübadiləsi aparılıb. Həmçinin turizm biznesi üçün cəlbedici mühitin yaradılması məqsədilə hüquqi-instusional bazanın təşkili, eləcə də Azərbaycanda turizm sahəsində diaqnostik araşdırma sənədlərinin hazırlanması və beynəlxalq təcrübənin tətbiqi baxımından DB tərəfindən mütəxəssis dəstəyinin göstərilməsi məsələsi müzakirə olunub”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət