"Azərsu" ASC Göygöl rayonunun Hacıməlik qəsəbəsində və Mollacəlilli kəndində sakinlərin içməli suya görə xeyli miqdarda borcu yarandığı üçün bu yaşayış məntəqələrinin su təchizatını müvəqqəti dayandırıb.
“Sakinlərin suya görə ümumilikdə 147 min manat debitor borcu yaranıb. Abonentləri ödənişə cəlb etmək üçün zəruri tədbir kimi su təchizatının dayandırılmasına qərar verilib və bu barədə icra orqanları, bələdiyyələr əvvəlcədən məlumatlandırılıb”, - “Azərsu”nun məlumatında deyilir.
Qeyd olunub ki, Hacıməlik qəsəbəsində 312 abonentin cəmi 43-ü xidmət haqlarını ödəyir. Xidmət haqqını ödəməyən 269 abonentin içməli suya görə 74,698 min manat borcu yaranıb.
Mollacəlilli kəndində 416 abonentdən cəmi 56-sı xidmət haqqını ödəyir. Digər 360 abonentin isə 72,408 min manat debitor borcu mövcuddur.
“Azərsu”dan vurğulanıb ki, xidmət haqqını vaxtında ödəyən abonentlər fərdi qaydada sudaşıyan maşınlarla içməli su ilə təmin edilir və bu məqsədlə 18 tonluq su maşınları ayrılıb. **
X.Nəsirzadə
Aİ ölkələri TAP vasitəsilə Azərbaycandan ümumilikdə 20 milyard kubmetrdən çox qaz alıb
Azərbaycan və Monteneqro arasında “Hava əlaqələri haqqında” saziş imzalanıb
Serbiya 2024-cü ilin əvvəlində Azərbaycandan qaz tədarükünə ümid edir
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi azalıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir