Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev Bakı və İrəvan arasında razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında nəticəyə yönəlmiş danışıqlara beynəlxalq birliyin dəstək verməsinin vacibliyi barədə bəyan edib.
“Razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında Ermənistan ilə Azərbaycan arasında ikitərəfli və nəticəvi danışıqların dəstəklənməsi bütün beynəlxalq birlik üçün həmişəkindən daha vacibdir”, - Əliyev cümə axşamı Nyu-Yorkda (ABŞ) BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində hüququn aliliyinin təşviq edilməsi və möhkəmləndirilməsi” mövzusunda müzakirələrin gedişində çıxışı zamanlı bildirib.
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi Əliyevin çıxışının mətnini dərc edib.
“İnterafks-Azərbaycan” qeyd edir ki, onun sözlərinə görə, düşmənçilik səhifəsini çevirmək, davamlı və möhkəm sülh yaratmaq üçün hələ mövcud olan imkanı nəzərdən qaçırmaq olmaz.
Əliyev qeyd edib ki, 2020-ci ildə İkincə Qarabağ müharibəsindən sonra Bakı hər iki ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və buna hörmət edilməsi əsasında İrəvanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs edib. Lakin “bu təşəbbüsün və Azərbaycan tərəfindən təklif edilmiş normallaşma prinsiplərinin beynəlxalq miqyasda geniş dəstəklənməsinə, son bir il ərzində Azərbaycan tərəfindən intensiv diplomatik səylərə baxmayaraq, Ermənistan tərəfindən bu məsələlərə yanaşmalarla bağlı fəaliyyət razılaşdırılmış öhdəliklərin həyata keçirilməsi üçün müvafiq olmayıb”.
Əliyev Ermənistanın nümayəndəsi Mqer Marqaryanın bəyanatını rədd edərək, onun fikirlərini “yalan və qərəzli” adlandırıb.
Azərbaycanın daimi nümayəndəsinin sözlərinə görə, Ermənistan tərəfindən səsləndirilən bayağı fikirlər və qərəzli yalanlar İrəvanın illər boyu beynəlxalq hüququ hiddətləndirici şəkildə pozması fonunda yürüdülən çoxdankı siyasətinin tərkib hissəsidir.
“Paradoksal haldır ki, Azərbaycana qarşı təcavüz törətmiş, 30 ilə yaxın müddətdə Azərbaycanın suveren ərazilərini işğal altında saxlamış, müharibə dövründə kütləvi etnik təmizləmələr aparmış, digər iyrənc cinayətlər törətmiş Ermənistan indi BMT Nizamnaməsinə və beynəlxalq hüquqa istinad edir”, - Əliyev bəyan edib.
“Lakin belə düşünmək sadəlövhlük olardı ki, guya Ermənistan sivil davranış norma və prinsiplərinə riayət etməyin zəruri olmasını anlayıb və dərin kök salmış irqi nifrət və üstünlük stereotiplərindən imtina edib”, - o əlavə edib.
Əliyev bildirib ki, Ermənistan öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməli, özünün silahlı qüvvələrini və qanunsuz silahlı dəstələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına və qanunsuz fəaliyyətə son qoymalı, belə hərəkətlərdən çəkinməli, mina terrorizminə qon qoymalı, münaqişə dövründə itkin düşmüş bir neçə min azərbaycanlının taleyinə aydınlıq gətirməli, Azərbaycan dövlətinə və Azərbaycan xalqına vurulmuş ziyanı ödəməli, dövlətlərarası münasibətlərlə bağlı diplomatik həllərin tezliklə tapılması məqsədilə birbaşa danışıqlar aparılmalıdır. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət