İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən vergi cinayətləri ilə başlanmış cinayət işləri üzrə dövlət büdcəsinə ümumilikdə 44,3 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a DVX-dən məlumat verilir.
2022-ci il ərzində Dövlət Vergi Xidmətinin müvafiq strukturu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 527 cinayət işi başlanılıb. İstintaqı tamamlanmış 162 cinayət işindən 81 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, onlar barəsində müvafiq qərarlar qəbul edilib, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 17,1 milyon manat ödənilib.
Bundan başqa, 2022-ci ildə müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 170 vergi ödəyicisində 317 nəzarət tədbiri keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 413 nöqsan aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergi ödəyicilərinə ümumilikdə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində 2,4 milyon manat vəsait dövlət büdcəsinə ödətdirilib.
DVX 2021-ci ilin yekunları üzrə statistikanı dərc etmir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət