31 may-3 iyun tarixlərində Bakıda 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil & Gas”) keçiriləcək. Bu barədə tədbirin təşkilatçılarından biri olan “Iteca” şirkətindən məlumat verilib.
Sərginin ekspozisiyası bir neçə istiqamət üzrə təşkil ediləcək: neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, kimya sənayesi və s.
Sərgi Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə 1-3 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq.
Bakı Enerji Həftəsi “Caspian Oil & Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgilərini və 28-ci Bakı Enerji Forumunu özündə birləşdirir.
Energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə layihə və təkliflər “Caspian Power” sərgisinin iştirakçıları tərəfindən təqdim olunacaq. “Caspian Power” sərgisində enerjidən istifadə üzrə əldə edilmiş qabaqcıl təcrübələr paylaşılacaq, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumatlar təqdim ediləcək. Sərginin proqramı bərpa olunan enerji, enerji obyektlərinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzuları əhatə edəcək.
Forumun gündəliyinə “Keçid dövründə yeni enerji şərtləri”, “Qlobal enerji perspektivləri”, “Xəzər regionunun bərpa olunan enerji potensialı”, “Enerji sektorunda dördüncü sənaye inqilabı”, “Enerji̇ böhranı dövründə qaz təchi̇zatının rolu” və s. kimi mövzular daxil edilib.
Bakı Enerji Həftəsinin “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” adlı xüsusi sessiyası bu il Azərbaycanın Naxçıvan şəhərində baş tutacaq.
Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq hər üç tədbirdə iştirakçılar siyahısında Azərbaycan, Almaniya, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland Krallığı, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer tutur.
Hər sərgi çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr təşkil ediləcək.*
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət