Fransanın Gaz de France - Suez (GDF Suez) şirkəti Azərbaycan qazının Avropaya nəqlində SOCAR-a yardım göstərməyə hazırdır. Bu barədə SOCAR-ın saytında yerləşdirilmiş məlumatda bildirilir.
SOCAR-ın məlumatına görə, bu məsələ dekabrın 3-də Bakıda şirkətin prezidenti Rövnəq Abdullayevlə GDF Suez icraçı vitse-prezidenti Jan Mari Dojenin görüşündə müzakirə olunub.
J.Dojen qeyd edib ki, Avropada qaz və elektrik enerjisi sahəsində aparıcı şirkət olan GDF Suez təkcə Avropada yox, həm də Braziliyada, Şimali Amerika ölkələrində və bəzi Asiya ölkələrində fəaliyyət göstərir. “Şirkət Azərbaycanla, o cümlədən SOCAR ilə əməkdaşlığın genişləndirilməsində də maraqlıdır. D-222 (“Yalama”) layihəsi bizim üçün böyük önəm kəsb edir, cünki bu layihə Azərbaycanla əməkdaşlığın əsasını qoyub. Biz həmçinin Azərbaycan qazının Avropaya nəqli məsələsində SOCAR-a yardım göstərməyə hazırıq. Belə ki, bu, texniki baxımdan çox mürəkkəb məsələdir”,-deyə J.Dojen vurğulayıb.
SOCAR-ın rəhbəri öz növbəsində qeyd edib ki, Azərbaycanda investisiyalar üçün əlverişli şərait yaranıb. “Əgər GDF Suez şirkətinin belə təklifləri olarsa, onlara baxmağa, qiymətləndirməyə və müvafiq qərar qəbul etməyə hazırıq”,-deyə R.Abdullayev bildirib.
Xəbər verildiyi kimi, GDF Suez sentyabrda “LUKOYL”un D-222 layihəsində 15% iştirak payını alıb.
Hazırda Yalamada yeni kəşfiyyat quyusu qazılır. Qazmanın 2009-cu ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Kəşfiyyat fazası uğurlu olarsa, bu lisenziyadakı payı GDF Suez-ə öz ehtiyatlarını təxminən 35 mln. barel neft ekvivalentinədək artırmağa imkan verəcək.
GDF Suez üçün ilk aktiv Azərbaycandadır. Öz payını satdıqdan sonra “LUKOYL” layihədə 65%-ə, SOCAR 20%-ə malikdir.Yaxın vaxtlarda GDF Suez Bakıda öz nümayəndəliyini açmaq niyyətindədir.
Xəbər verildiyi kimi, 2004-2005-ci illərdə strukturda ilk quyunun qazılması nəticəsində kommersiya karbohidrogen ehtiyatları aşkar edilməyib.
Алиев посетил Габалинский район
Алиев и Эрдоган обменялись мнениями по перспективам сотрудничества между Азербайджаном и Турцией
Алиев заложил фундамент стадиона в Гяндже
AZAL с июня запускает полеты из Баку в Бухарест
Цукерберг поднялся на третье место в списке самых богатых людей мира
Алиев открыл Дворец спорта в Гяндже
Алиев открыл дорогу в Гаджикабульском районе
ИВ Нефтчалы направит свыше 1,6 млн манатов на работы по благоустройству в городе
Объем золота в ETF в марте сократился еще на 14 т - WGC
США и Британия разместят четыре атомные подлодки в Австралии
Ирландский парламент избрал премьером страны Саймона Харриса
В новый стратегический период Yelo укрепит свои позиции как инновационный банк
Депозитный портфель AccessBank к 2025 году увеличится до 1,1 млрд манатов – Илькин Гулиев
Переломный момент: Взгляд частного сектора на реанимацию железнодорожного транзита Азербайджана
С Yelo Bank легко достичь бизнес-целей
Генеральный директор Bakcell встретился с учениками Современного Образовательного Комплекса
Нефтегазовая выставка Caspian Oil&Gas пройдет в Баку в июне
В Азербайджан в октябре пройдет ICCA Venue Business Workshop International
Уникальный 2023 год: карабахский узел разрублен
ИТОГИ ГОДА: Американцы покупают, европейцы копят силы, или нефть снова в моде
Как реализовать потенциал зрелых месторождений Азербайджана: смена парадигмы