Azərbaycan-Amerika Gənclər Birliyi (AAGB) QİÇS əleyhinə aksiya keçirəcək. Bu barədə AAGB-nin sədri Vüqar Əhmədov məlumat verib. “Ölkənin dörd regionunda – Sumqayıt, Mingəçevir, Əli-Bayramlı və Zaqatalada bir həftə ərzində maarifləndirici aksiyalar keçiriləcək. Aksiyalar zamanı bizim könüllülər müxtəlif müəssisələrdə görüşlər keçirəcək, sözügedən xəstəlik, onunla mübarizə yolları haqda məlumat verəcəklər”,- deyə AAGB-nin sədri cümə axşamı keçirilən təqdimat mərasimində bildirib. O qeyd edib ki, aksiyada 12-yə yaxın könüllü iştirak edəcək. Onlar avtobuslarla regionlara gedəcək və iki gün ərzində təhsil və səhiyyə müəssisələrində söhbətlər aparacaq, QİÇS haqqında buklet və plakatlar yayacaqlar. “Aksiya bu gündən start götürüb. Bizim qrup Sumqayıt şəhərində ilk məntəqəyə gedir. Qeyd edim ki, könüllülər layihədən öncə xüsusi treninqlər keçib və əvvəlcədən hazırlanmış materiallar əldə ediblər”,- deyə V.Əhmədov vurğulayıb. AAGB başçısı onu da deyib ki, layihə Azərbaycanın Səhiyyə Nazirliyi, “Global” Fondu və Açıq Cəmiyyət Yardım İnstitutunun maliyyə dəstəyilə keçirilir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət