2006-cı ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcminə görə Britaniya şirkətləri liderlik edib. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bəyan edib. Belə ki, onların ümumi həcmi 1 mlrd. 515 mln. 266,8 min manat təşkil edib ki, bu da ötən il ölkə iqtisadiyyatına qoyulan bütün investisiyaların 46,9%-ə bərabər olub.
Statistika Komitəsinin məlumatına görə 2006-cı ildə xarici şirkətlər və beynəlxalq təşkilatlar tərəfindən respublika iqtisadiyyatına 3 mlrd. 229 mln. 437,2 min manat investisiya yatırılıb və 2005-ci illə müqayisədə onların həcmi 5,5% azalıb.
Ötən il Azərbaycanda investisiyaların həcminə görə ikinci yeri ABŞ şirkətləri tutub. Onların investisiyalarının ümumi həcmi 560 mln. 414,5 min manat (azalma 9,5%) təşkil edib. Bundan əlavə, ötən il ölkə iqtisadiyyatına investisiya yatırımı Yaponiya (312 mln. 657,7 min manat-azalma 8,7%), Almaniya (213 mln. 402 min manat-azalma 2,6 dəfə), Norveç (207 mln. 539,8 min-azalma 9,4%), Türkiyə (201 mln. 821,8 min. –azalma 0,9%) şirkətləri tərəfindən həyata keçirilib.
2006-cı ildə ölkə iqtisadiyyatına aşağıdakı xarişi ölkələrin şirkətləri tərəfindən investisiyalar qoyulub: Səudiyyə Ərəbistanı 64 mln. 104,4 min manat (azalma 1,9%), İsrail 41 mln. 472 min (artım 2,8 dəfə), Fransa 19 mln. 551 min (artım 27,5%), Çexiya 17 mln. 830,3 min (2005-ci ildə investisiya qoyulmayıb), BƏƏ 14 mln. 208,6 min (artım 84,7%), İtaliya 11 mln. 811,1 min (azalma 23%) və İran 12 mln. 241,9 min (artım 18,1%).
Ötən il beynəlxalq təşkilatlar arasında ən iri həcmli investisiya yatırımı Dünya Bankı tərəfindən həyata keçirib. Bankın investisiyalarının ümumi həcmi 21 mln. 248,4 min manat (azalma 6,8%) olub. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) investisiyaları 11 mln. 050,2 min manat (artım 78,8%), İslam İnkişaf Bankının investisiyaları isə 1 mln. 825 min (azalma 73,5%) təşkil edib.
Yanvar 25-nə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8711 manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət