Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə baş iqtisadçısı Kristian Pitersen başda olmaqla bank missiyası yanvarın 30-dan fevralın 12-dək Azərbaycan hökümətilə DB tərəfindən maliyyələşdirilən layihələrlə bağlı məsləhətləşmələr aparacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
“K.Pitersonun Bakıda əsas fəaliyyəti bankın 2007-ci ildə (2007-ci il iyunun 30-da başa çatır –İF) maliyyələşdirmək niyyətində olduğu layihələrin hazırlanmasını sürətləndirməyə yönəlib. Bu məqsədlə o, ayrı-ayrı nazirlik və qurumlarla məsləhətləşmələr aparacaq, həmin layihələrin hazırlanması ilə bağlı vəziyyəti müzakirə edəcək”, - deyə bankdakı mənbə bildirib. Onun sözlərinə görə K.Piterson bankın öncə maliyyələşdirdiyi layihələrin reallaşmasının gedişi üzrə monitorinq keçirəcək.
Xəbər verildiyi kimi, DB Direktorlar Şurası 2007-ci maliyyə ilində Azərbaycana $350 mln. həcmində kredit ayırmağı planlaşdırır.
DB korporativ və dövlət sektorunda mühasibat hesabı sisteminin inkişafına ($20 mln. həcmində), əmlak sisteminin qeydiyyatına ($30 mln.), dəmiryolu sisteminin inkişafına ($80 mln.), regionlarda su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına ($220 mln.) kredit ayırmağı planlaşdırır.
Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Bankla əməkdaşlıq dövründə Azərbaycana ümumi məbləği $1 mlrd.-dan çox kredit ayrılıb. 2007-2010-cu maliyyə illərində əməkdaşlıq çərçivəsində Azərbaycan bankdan $1,26 mlrd. həcmində kredit alacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət