Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsi Britaniyanın «Det.Al» şirkətinin “Daşkəsən Filiz Mədəni” SC-nin işinin bərpası istiqamətində fəaliyyətindən razı qalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Komitəsindən məlumat verilib.
«Det.Al» 2006-cı ilin oktyabrından Daşkəsəndəki dəmir-filiz müəssisəsinin səhmlərinə sahibdir. Təkcə ötən ilin 4-cü rübündə şirkət SC-in bərpası və fəaliyyətinin inkişafına $5 mln. məbləğində sərmayə qoyub. Bundan əlavə, şirkət SC-in əmək haqqları və kommunal xidmətlər üzrə $1,5 mln. məbləğində olan borclarını ödəyib”, - deyə dövlət komitəsindəki mənbə bildirib. Onun sözlərinə görə Dövlət Komitəsinin rəhbərliyi britaniyalı sərmayədarların fəaliyyətindən razıdır və 2007-ci ildə də müəssisədə investisiya ilə bağlı proseslərin fəallaşacağına ümid edir.
Xəbər verildiyi kimi, «Det.Al» dəmir filizinin hasilatı ilə məşğul olan “Daşkəsən Filiz Mədəni” SC-nin 99,22 % səhmlərinin (527 447 ədəd) satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. «Det.Al» 3 il ərzində SC-in bərpasına və inkişafına $235,1 mln. vəsait yatırıb. Şirkət yeni texnologiyaların tətbiqi və yeni iş yerləri açmaqla filiz istehsali və dəmir boruların, eləcə də digər metal məhsulların istehsalı ilə məşğul olacaq.
Gələcəkdə şirkət 500 min ton istehsal gücünə malik poladtökmə zavodu inşa etmək niyyətindədir.
Muəssisə 1954-cü ildən istismara verilib və 1 197 hektar sahədə yerləşir. SC-də 159 nəfər çalışır. SC-in nizamnamə kapitalı 2006-cı il mayın 1-nə olan məlumata görə 1 mln. 063,140 min manata bərabər olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət